iPhone 16 Pro üçbucaq formasında arxa kamera dizaynı əldə edə bilər
Cihazlar+
26.02.2024
Emil Nəcəfov
Hər bir yeni məhsulun hazırlanması prosesi çərçivəsində şirkətlər müxtəlif dizayn variantlarını nəzərdən keçirirlər. Apple da bu mövzuda istisna şirkət deyil. Bəzi məlumatlara əsasən bu il təqdim ediləcək iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri də hazırlanma prosesi çərçivəsində məhz bu cür mərhələdən keçirlər. Bununla belə prototiplər arasında olduqca qeyri-adi dizayna sahib modellər də var. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, iPhone 16 Pro modeli spinner dizaynında kamera sahəsini əldə edə bilər.
İndi isə insayderlərdən biri öz mənbələrinə istinadən xəbər verib ki, iPhone 16 Pro smartfonu üçbucaq formasında arxa kamera dizaynını əldə edə bilər. O bu cür dizaynın necə görünə biləcəyini sərgiləyib və onu elektrikli ülgüc dizaynı ilə müqayisə edib. İnsayderin sözlərinə əsasən üçbucaq kamera sahəsi dizaynı smartfonun arxa panelində daha çox sayda böyük ölçülü kamera obyektivini yerləşdirməyə imkan verə bilər. Qeyd etmək lazımdır ki, bu cür dizayn sadəcə olaraq hələ şayiədir və ona müəyyən səviyyədə şübhə ilə yanaşmaq lazımdır. iPhone 16 smartfon seriyası bu ilin sentyabr ayında təqdim olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ekrana sahib növbəti nəsil Apple HomePod nə zaman satışa çıxacaq?
Ekrana sahib növbəti nəsil Apple HomePod nə zaman satışa çıxacaq?
Keçən il bir neçə dəfə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti ekrana sahib yeni nəsil HomePod smart səsgücləndiricisi üzərində çalışır.
Apple Vision Pro-nun qoruyucu şüşəsi üzərində çatlar əmələ gəlməyə başlayıb
Apple Vision Pro-nun qoruyucu şüşəsi üzərində çatlar əmələ gəlməyə başlayıb
Bəzi Apple Vision Pro istifadəçiləri bu qarışıq reallıq cihazının qoruyucu şüşəsi üzərində yaranmış çatlardan şikayətləniblər.
Apple iMessage tətbiqində kvant kompüterlərdən qorunma tədbirini görüb
Apple iMessage tətbiqində kvant kompüterlərdən qorunma tədbirini görüb
Apple şirkəti iMessage üçün yeni təhlükəsizlik protokolunu işə salıb.
Apple şirkətinin ilk qatlana bilən cihazı iPhone olmaya bilər
Apple şirkətinin ilk qatlana bilən cihazı iPhone olmaya bilər
Heç şübhəsiz Apple şirkəti öz ilk qatlana bilən cihazları üzərində çalışır. Digitimes saytının vermiş olduğu yeni məlumata əsasən şirkətin ilk qatlana bilən cihazı heç də iPhone olmayacaq.
Bu il təqdim olunacaq yeni iPad modellərinin ölçüləri məlum olub
Bu il təqdim olunacaq yeni iPad modellərinin ölçüləri məlum olub
Apple bu il bütün iPad modellərini yeniləməlidir. İndi isə 9to5Mac saytı Apple tərəfindən bu il təqdim ediləcək yeni iPad modellərinin ölçüləri barəsində məlumat verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!