main-post-cover

    iPhone 17 seriyasında Android smartfonların kamera texnologiyası reallaşdırılacaq

    Cihazlar+
    24.07.2024
    Emil Nəcəfov
          Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən növbəti illərdə iPhone kameralarında ciddi dəyişikliklər gözlənilir. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple şirkəti öz smartfonlarına artıq uzun illərdir Android smartfonlarda istifadə edilən kamera texnologiyasını gətirmək niyyətindədir. Belə ki, The Information saytı xəbər verib ki, gələn il təqdim olunacaq iPhone 17 smartfon seriyasında Apple dəyişkən diafraqmalı kameradan istifadə etmək niyyətindədir.
       Qeyd etmək lazımdır ki, dəyişkən diafraqmalı kamera texnologiyası hələ 2018-ci ildə təqdim edilmiş Samsung Galaxy S9 smartfonunda tətbiq edilmişdi. İndi isə bu texnologiyaya Çindən olan istehslaçıların flaqman smartfonlarında rast gəlmək olar. Dəyişkən diafraqmalı kamera texnologiyası matrisa tərəfindən udulan işığın miqdarını tənzimləməyə və kadrdakı fonun bulanıqlıq səviyyəsini ayarlamağa imkan verir. Çox güman ki, gələn bu texnologiyanı eksklüziv olaraq yalnız iPhone 17 Pro iPhone 17 Pro Max modelləri əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni iPhone-larda keçən ilki iPhone 15 Pro və 15 Pro Max-ın ciddi problemi aradan qaldırılacaq
    yeni-iphone-larda-kecen-ilki-iphone-15-pro-ve-15-pro-max-in-ciddi-problemi-aradan-qaldirilacaq
    Apple Vision Pro-nun Çindəki satışları ürəkaçan deyil
    apple-vision-pro-nun-cindeki-satislari-urekacan-deyil
    Qatlana bilən iPhone 2 ildən sonra təqdim oluna bilər
    qatlana-bilen-iphone-2-ilden-sonra-teqdim-oluna-biler
    Növbəti iPhone SE hansı texniki imkanlara sahib olacaq
    novbeti-iphone-se-hansi-texniki-imkanlara-sahib-olacaq
    iPhone Plus-ı əvəz edəcək iPhone 17 Slim-in özəllikləri açıqlanıb
    iphone-plus-i-evez-edecek-iphone-17-slim-in-ozellikleri-aciqlanib