main-post-cover

    Məşhur insayder qatlana bilən iPhone-nun ekran ölçülərini açıqlayıb

    Cihazlar+
    14.02.2025
    Emil Nəcəfov
         Apple-ın qatlana bilən smartfonu haqqında yeni məlumatlar yayılıb. Ortaya çıxmış yeni məlumata əsasən bu cihaz, Galaxy Fold seriyasından daha kiçik, lakin birinci nəsil Pixel Fold modelinə yaxın ölçüdə olacaq. Weibo platformasında Digital Chat Station ləqəbli məşhur insayder tərəfindən paylaşılan məlumata əsasən, Apple-ın qatlana bilən smartfonu 5.49 düym ölçülü xarici ekrana və 7.74 düym ölçülü daxili ekrana sahib olacaq.
         Bu ölçülər göstərir ki, Apple şirkətinin ilk qatlana bilən smartfonunun dizaynı Samsung Galaxy Z Fold 6-dan daha kompakt olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6 smartfonu 6.3 düym ölçülü xarici xarici ekrana və 7.6 düym ölçülü daxili ekrana sahibdir. Apple-ın qatlana bilən smartfonu ölçü baxımından Pixel Fold və OPPO Find N2-yə yaxın olacaq. Bu ekran ölçüləri orijinal Pixel Fold və OPPO Find N2 ilə müqayisə oluna bilər.
    - Pixel Fold: 5.8 düym ölçülü xarici ekran və 7.6 düym ölçülü daxili ekran
    - OPPO Find N2: 5.54 düym ölçülü xarici xarici və 7.1 düym ölçülü daxili ekran.
         Bu ölçülər, qatlanmış vəziyyətdə çox böyük olmayan, kitab üslubunda bir qatlana bilən cihaz axtaran istifadəçilər üçün müsbət xəbər ola bilər. Gözləntilərə görə, Apple-ın ilk qatlana bilən smartfonu ən yaxşı halda gələn il təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple aktiv şəkildə robototexnika layihələri ilə məşğul olur
    apple-aktiv-sekilde-robototexnika-layiheleri-ile-mesgul-olur
    Apple 27 düym-lük mini-LED ekrana sahib yeni Studio Display monitoru üzərində çalışır
    apple-27-duym-luk-mini-led-ekrana-sahib-yeni-studio-display-monitoru-uzerinde-calisir
    iPhone SE 2025?: Apple növbəti təqdimat tədbirini anons edib
    iphone-se-2025-apple-novbeti-teqdimat-tedbirini-anons-edib
    iPhone 17 Pro Max kiçik ölçülü Dynamic Island-ı əldə edə bilər
    iphone-17-pro-max-kicik-olculu-dynamic-island-i-elde-ede-biler
    iPhone istifadəçiləri öz smartfonlarını daha tez-tez dəyişməyə başlayıblar
    iphone-istifadecileri-oz-smartfonlarini-daha-tez-tez-deyismeye-baslayiblar