main-post-cover

    Məşhur insayder Xiaomi Civi 4 smartfonu barəsində bəzi yeniu məlumatları təqdim edib

    Cihazlar+
    01.03.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi tərəfindən yaxın aylarda təqdim ediləcək Xiaomi Civi 4 smartfonu barəsində yeni məlumatları təqdim edib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi Civi 4 smartfonu Qualcomm-un flaqman prosessoru vasitəsilə çalışacaq. Lakin görünür, bu belə olmayacaq. Belə ki, insayder bildirib ki, smartfon Qualcomm-un SM8635 model nömrəsinə sahib yeni prosessorunu əldə edəcək.
         Söhbət, Snapdragon 7+ Gen 3 prosessorundan gedir. Bəzi məlumatlara əsasən bu prosessorun performans səviyyəsi Snapdragon 8 Gen 2-nin performans səviyyəsi ilə eyni olacaq. Məlumatda həmçinin qeyd edilib ki, Xiaomi Civi 4 smartfonu 1.5K keyfiyyətli ekranı, 50 MP-lik Leica kamerasını və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Xiaomi Civi 4-ün may ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 ilə Xiaomi 15 Pro-nun kütləvi istehsalı sentyabr ayı üçün planlaşdırılır
    xiaomi-15-il
    Xiaomi 14 Ultra-nın müxtəlif komponentlərinin dəyişilməsi hansı qiymətə başa gələcək?
    xiaomi-14-ultra-nin-muxtelif-komponentlerinin-deyisilmesi-hansi-qiymete-basa-gelecek
    4 ədəd Redmi Note 11 smartfonu üçün HyperOS istifadəyə evrilib
    4-eded-redmi-note-11-smartfonu-ucun-hyperos-istifadeye-evrilib
    Qlobal bazarda HyperOS-i əldə edəcək Xiaomi cihazlarının yenilənmiş siyahısı təqdim edilib
    qlobal-bazarda-hyperos-i-elde-edecek-xiaomi-cihazlarinin-yenilenmis-siyahisi-teqdim-edilib
    Xiaomi Watch S3-ün və Pad 6S Pro-nun qlobal versiyaları təqdim edilib - QİYMƏTİ
    xiaomi-watch-s3-un-ve-pad-6s-pro-nun-qlobal-versiyalari-teqdim-edilib-qiymeti