Meta şirkəti yeni büdcəli VR cihazını təqdim etməyə hazırlaşır
Cihazlar+
26.08.2024
Emil Nəcəfov
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti yeni VR cihazını anons etməyə hazırlaşır. Şirkətin yeni VR cihazı Meta Quest 3S adlanmalıdır. Yeni VR cihaz çox güman ki, keçən il təqdim edilmiş Meta Quest 3-ün daha sadələşdirilmiş versiyası olacaq. Meta Quest 3S-in 300-400$ qiymətində satışa çıxacağı gözlənilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Meta Quest 3-ün qiyməti 499$-dan start götürür.
Meta Quest 3S-in bu qədər aşağı satış qiuymətinə sahib olacağının səbəbi onun üçün nəzərdə tutulmuş idarəetmə gamepadlarının ayrıca satılacağı ola bilər. Lakin bu cür ehtimal çox aşağıdır. Ola bilsin ki, şirkət Meta Quest 3S-də daha sadələşdirilmiş idarəetmə gamepadlarından istifadə etsin. Qeyd etmək lazımdır ki, Meta-nın 25-26 sentyabr tarixlərində təqdimat tədbiri keçirilməlidir. Meta Quest 3S də çox güman ki, həmin tarixlərdən birində təqdim ediləcək. Bununla yanaşı məlumata əsasən şirkət Meta Quest 3S-dən əlavə olaraq Orion kod adına sahib yeni AR eynəyini də təqdim edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta qarışıq reallıq cihazı layihəsini ləğv edib
Meta qarışıq reallıq cihazı layihəsini ləğv edib
The Information saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti özünün qarışıq reallıq (AR + VR) cihazı layihəsini ləğv edib.
WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb
WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb
Meta şirkəti rəsmi şəkildə bildirib ki, o, WhatsApp-da iranlı hakerlər tərəfindən istifadə edilmiş hesabları bloklayıb.
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta sosial media platformaları, YouTube və Instagram vasitəsilə uşaqları hədəfə alıb. Reklam siyasətləri ilə uşaqları cinsiyyətçi reklamlara məruz qoyan şirkətlər, ortaqlıqları üzə çıxdıqdan sonra planlarından əl çəkiblər.
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər bu il öz xərclərini ümumi olaraq 100 milyard dollardan yüksək məbləğə kimi artırıblar. Bu isə həmin şirkətlərin keçən ilki ümumi xərclərindən 50% yüksəkdir.
Meta səhmlərinin dəyəri artmağa davam edərkən Zuckerberg-in xəyali layihəsi milyardlarla dollar itirməyə davam edir!
Meta səhmlərinin dəyəri artmağa davam edərkən Zuckerberg-in xəyali layihəsi milyardlarla dollar itirməyə davam edir!
Meta, ilin ikinci rübündə bütün gözləntiləri aşan səviyyədə gəlir və mənfəət əldə edib. Lakin CEO Mark Zuckerberg-in xəyali layihələrini hazırlayan Reality Labs bölməsi, yenidən milyardlar dollar itirməyə davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!