main-post-cover

    Moto G75 smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    18.09.2024
    Emil Nəcəfov
         Motorola şirkəti Moto G75 adlı yeni büdcəli smartfon üzərində çalışır. 91mobiles saytı öz növbəsində hazırlanan bu yeni smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolara əsasən Moto G75 smartfonu yastı gövdə və ekran dizaynını əldə edəcək. Məlumata əsasən bu yeni smartfon Full HD+ keyfiyyətli 6.8 düym ölçülü ekranla təchiz olunacaq və özündə Dolby Atmos dəstəyini birləşdirəcək. Moto G75 smartfonu 8 nüvəli Snapdragon prosessoru vasitəsilə çalışacaq. Lakin bunun dəqiq şəkildə hansı Snapdragon modeli olacağı bilinmir. Kameralar mövzusunda smartfon optik stabilizasiyaya sahib 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Smartfonun gövdəsi üstəlik IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Moto G75-in yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən qapaqlı Motorola Razr 50s smartfonu hazırlanır
    qatlana-bilen-qapaqli-motorola-razr-50s-smartfonu-hazirlanir
    Moto G55 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    moto-g55-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli Moto G35 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-moto-g35-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Neo smartfonu təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-neo-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G Stylus (2025)-in ilk render fotosu təqdim edilib
    moto-g-stylus-2025-in-ilk-render-fotosu-teqdim-edilib