Növbəti iPhone SE-nin gələn ilin birinci rübündə təqdim olunacağı planlaşdırılır
Cihazlar+
22.11.2024
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti növbəti iPhone SE smartfonunu 2025-ci ilin birinci yarısında təqdim etməyi planlaşdırır. İndi isə analitiklər bu məlumatı təsdiqləyiblər. Belə ki, Barclays şirkətinin analitikləri Apple şirkətinin Asiyadakı partnyorları ilə görüşərək onlardan bu mövzu ilə bağlı məlumat əldə etməyə çalışıblar.
Nəticədə onlar təsdiqləyiblər ki, Apple növbəti iPhone SE smartfonunu 2025-ci ilin birinci rübünün sonuna kimi təqdim etməyi planlaşdırır. Yəni gələn ilin 31 mart tarixinə kimi. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən növbəti iPhone SE modeli xarici görünüşcə iPhone 14-ə bənzəyəcək və özündə Apple şirkətinin fərdi 5G modemini birləşdirəcək. Üstəlik smartfonun Face ID texnologiyasını əldə edəcəyi gözlənilir. Çox güman ki, smartfon 6.06 düym ölçülü ekranla və bir ədəd arxa kamera ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple, iOS 19 üçün yenilənmiş Siri üzərində çalışır
Apple, iOS 19 üçün yenilənmiş Siri üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti daha güclü böyük dil modeli (Large Language Model / LLM) əsasında çalışacaq yenilənmiş Siri səsli köməkçisini hazırlayır.
iPhone 17 Air (iPhone 17 Slim) bir qədər fərqli dizaynı əldə edə bilər
iPhone 17 Air (iPhone 17 Slim) bir qədər fərqli dizaynı əldə edə bilər
Apple gələn il iPhone 17 smartfon seriyasını təqdim edəcək. Son məlumat sızıntılarına əsasən bu smartfon seriyasına iPhone 17 Air (iPhone 17 Slim) adlı nazik gövdəli model daxil olacaq və o, iPhone 17 Plus modelini əvəzləyəcək.
Müxtəlif ölkələrdə məşhur olan smartfon modellərinin reytinqi təqdim edilib
Müxtəlif ölkələrdə məşhur olan smartfon modellərinin reytinqi təqdim edilib
Kantar adlı analitik şirkət müxtəlif ölkələrdə məşhur olan smartfon modellərinin reytinqini təqdim edib. Qeyd etmək lazımdır ki, təqdim edilmiş reytinq bu ilin üçüncü rübündəki smartfon satışları üzrə məlumatlara əsaslanır.
Bütün iPhone 17 modellərinin texniki imkanları barəsində qeyri-rəsmi məlumatlar təqdim edilib
Bütün iPhone 17 modellərinin texniki imkanları barəsində qeyri-rəsmi məlumatlar təqdim edilib
Jeff Pu adlı məşhur insayder Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 17 smartfonlarının texniki imkanlarını əhatə edən qeyri-rəsmi məlumatı bölüşüb.
Apple öz smart televizorunu hazırlayır
Apple öz smart televizorunu hazırlayır
Apple şirkəti smartfon, planşet, kompüter və bir sıra digər cihazlar üzrə lider şirkətlərdən biridir. Lakin məlum olub ki, şirkət daha bir sahəyə daxil olmağı nəzərdən keçirir.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib