Növbəti iPhone SE-nin hansı prosessoru və arxa kameranı əldə edəcəyi açıqlanıb
Cihazlar+
04.10.2024
Emil Nəcəfov
Gələn ilin əvvəlində Apple şirkətinin növbəti iPhone SE-ni təqdim edəcəyi gözlənilir. Çox güman ki, növbəti iPhone SE modeli yaz fəslində təqdim olunacaq. Təqdimata hələ bir xeyli vaxtın olmasına baxmayaraq bu smartfon barəsində məlumatlar daimi şəkildə ortaya çıxır. 9to5mac saytı öz növbəsində növbəti iPhone SE-nin əsas texniki imkanlarını açıqlayıb. Beləliklə verilmiş məlumata əsasən növbəti iPhone SE modeli Apple A18 prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM-ı əldə edəcək.
Qeyd etmək lazımdır ki, iPhone 16 və iPhone 16 Plus smartfonları da sözügedən prosessor vasitəsilə çalışırlar. Bu isə o deməkdir ki, yeni iPhone SE modeli Apple Intelligence ekosisteminin süni zəka funksiyalarını əldə edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, yeni iPhone SE smartfonu Apple şirkətinin Centauri kod adına sahib fərdi 5G modemini əldə edəcək ilk smartfonu olacaq. Növbəti iPhone SE-nin bir ədəd arxa kameranı əldə edəcəyi gözlənilsə də, 9to5mac saytının xəbərinə görə o, 48 MP-lik olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Macintosh-un ilk prototipi rekord qiymətə satışa çıxarılacaq
Apple Macintosh-un ilk prototipi rekord qiymətə satışa çıxarılacaq
Yaxın zamanda Bonhams adlı hərracda M0001 model nömrəsinə sahib Apple Macintosh kompüterinin ilk prototipi satışa çıxarılacaq. Əfsanəyə əsasən zamanında Steve Jobs bu prototipin yox edilməsi əmrini vermişdi.
6000 saxta iPhone ilə Apple-ı aldadan 2 çinli şəxs saxlanılıb!
6000 saxta iPhone ilə Apple-ı aldadan 2 çinli şəxs saxlanılıb!
Saxta iPhone-ların seriya nömrələrini dəyişdirərək Apple-ı aldadan ikili 1.5 milyon dollar cərimələnib. Əlavə olaraq, bu iki fırıldaqçıya 50 aydan çox həbs cəzası da verilib.
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub
TD Cowen şirkətinin analitikləri iPhone 16 Pro Max-ın 256 GB daxili yaddaş həcminə sahib versiyasının bütün daxili komponentlərinin qiymətlərini təyin edərək bu smartfonun istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyini öyrəniblər.
Yaxın gələcəkdə MacBook və iMac modelləri tamamilə şüşədən ibarət ola bilər!
Yaxın gələcəkdə MacBook və iMac modelləri tamamilə şüşədən ibarət ola bilər!
Apple, yaxın zamanda aldığı patentlə MacBook Air və iMac modellərində şüşə xarici səthdən istifadə etmək ehtimalını gündəmə gətirib. Patent, cihazların xarici gövdəsində giriş/çıxış funksiyalarının tətbiq oluna biləcəyini və hətta gələcəkdə şüşə klaviaturalı MacBook Air modellərinin ola biləcəyini göstərir.
Növbəti iPhone SE ilə iPad Air-in nə zaman təqdim olunacağı açıqlanıb
Növbəti iPhone SE ilə iPad Air-in nə zaman təqdim olunacağı açıqlanıb
Bloomberg saytının məşhur insayderi Mark Gurman, Apple şirkətinin növbəti yeni cihazları barəsində təfərrüatları bölüşüb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ