main-post-cover

    Növbəti iPhone SE-nin keys fotoları təqdim edilib

    Cihazlar+
    01.04.2024
    Emil Nəcəfov
         Hələ təqdim olunmamış növbəti iPhone SE üçün nəzərdə tutulmuş keysin fotoları Çinin Weibo adlı sosial şəbəkəsində insayderlər tərəfindən təqdim olunublar. Təqdim edilmiş fotolar sözügedən smartfonun xarici görünüşü barəısində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyirlər. Beləliklə keysin fotolarına əsasən növbəti iPhone SE-nin ekranı üzərində çıxıntı hissə olacaq və çox güman ki, onun daxilində ön kamera ilə yanaşı Face ID sistemi yerləşəcək.
         Gözləntilərə əsasən ekranın ölçüsü 6.1 düym təşkil edəcək. Smartfonun arxa panelində isə bir ədəd kamera obyektivi yerləşəcək. Fotolardan birinə əsasən kamera obyektivinin ölçüsü olduqca böyük olacaq. Keysin kənar hissəsində səsin tənzimlənməsi düymələri və smartfonun səssiz rejimə keçidi düyməsi üçün nəzərdə tutulmuş xüsusi girişləri görmək olar. Qeyd etmək lazımdır ki, növbəti iPhone SE-nin gələn il təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro və iPhone 16 Pro Max bir qədər yenilənmiş titan gövdəni əldə edəcəklər
    iphone-16-pro-ve-iphone-16-pro-max-bir-qeder-yenilenmis-titan-govdeni-elde-edecekler
    İrlandiyada 750.000 dollar dəyərində saxta Apple məhsulları ələ keçirilib!
    irlandiyada-750000-dollar-deyerinde-saxta-apple-mehsullari-ele-kecirilib
    iPhone 16 ilə iPhone 16 Plus üçün nəzərdə tutulmuş keyslərin fotosu ortaya çıxıb
    iphone-16-ile-iphone-16-plus-ucun-nezerde-tutulmus-keyslerin-fotosu-ortaya-cixib
    Apple qatlana bilən iPhone-nun hazırlanmasına Vision Pro komandasını cəlb edib
    apple-qatlana-bilen-iphone-nun-hazirlanmasina-vision-pro-komandasini-celb-edib
    Apple yeni iPad planşetlərini may ayında təqdim edə bilər
    apple-yeni-ipad-plansetlerini-may-ayinda-teqdim-ede-biler