main-post-cover

    Növbəti Samsung Galaxy Unpacked tədbirinin tarixi təsdiqlənib

    Cihazlar+
    25.06.2024
    Emil Nəcəfov
         Samsung yaxın zamanda yeni cihazlarını təqdim etməlidir. Söhbət, qatlana bilən Galaxy Z Fold 6Z Flip 6 smartfonlarından, Galaxy Watch 7 smart saatlarından və Galaxy Ring smart üzüyündən gedir. Bu yeni məhsullar bir yerdə növbəti Galaxy Unpacked tədbiri çərçivəsində təqdim olunacaq. Daha öncəki məlumat sızıntısında qeyd edilmişdi ki, Samsung-un növbəti Galaxy Unpacked tədbiri 10 iyul tarixində baş tutacaq. İndi isə bu məlumat təsdiqlənib. Belə ki, internetdə növbəti Galaxy Unpacked tədbirinə dəvət posteri ortaya çıxıb. Posterdə isə məhz 10 iyul tarixi qeyd edilib. Tədbirin harda keçiriləcəyi barəsində məlumat yoxdur. Lakin çox güman ki, bu, Paris şəhəri olacaq. Qeyd etmək lazımdır ki, Samsung növbəti Galaxy Unpacked tədbiri çərçivəsində adları sadalanmış cihazlardan əlavə olaraq Galaxy Buds 3 Buds 3 Pro naqilsiz qulaqlıqlarını da təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung şirkəti, telefonlarına "Tətbiq Kilidi" funksiyasını əlavə edir!
    samsung-sirketi-telefonlarina-tetbiq-kilidi-funksiyasini-elave-edir
    Samsung Galaxy Tab S10 Ultra planşetinin render fotoları təqdim edilib
    samsung-galaxy-tab-s10-ultra-plansetinin-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy Watch Ultra-nın mövcudluğu şirkət tərəfindən təsdiqlənib
    samsung-galaxy-watch-ultra-nin-movcudlugu-sirket-terefinden-tesdiqlenib
    Samsung Galaxy A14 və Galaxy M04 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a14-ve-galaxy-m04-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung Galaxy Ring smart üzüyünün şarj keysi sərgilənib
    samsung-galaxy-ring-smart-uzuyunun-sarj-keysi-sergilenib