OnePlus bu il qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək
Cihazlar+
18.04.2024
Farid Pardashunas
OnePlus şirkəti keçən il ilk qatlana bilən smartfonu OnePlus Open-i təqdim etmişdi. Bu il isə şirkət özü üçün yeni form-faktorda olacaq yeni qatlana bilən smartfonu təqdim etməyi planlaşdırır. İnsayderlərin sözlərinə əsasən söhbət, qatlana bilən qapaqlı smartfondan gedir. Məlumatda qeyd edilib ki, OnePlus-ın bu cür form-faktorda qatlana bilən smartfonu Samsung Galaxy Z Flip 5 və Z Flip 6 ilə rəqabət aparmalıdır. İnsayderlərin sözlərinə əsasən OnePlus-ın ilk qatlana bilən qapaqlı smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan biri optik zoom özəlliyinə sahib olacaq. Bununla yanaşı smartfon ya Qualcomm ya da MediaTek prosessoru vasitəsilə çalışacaq. Qatlana bilən qapaqlı OnePlus smartfonunun konkret olaraq nə zaman təqdim olunacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OnePlus Pad 2 planşetinin hansı prosessoru əldə edəcəyi açıqlanıb
OnePlus Pad 2 planşetinin hansı prosessoru əldə edəcəyi açıqlanıb
OnePlus şirkətinin bu il təqdim edəcəyi yeni planşeti barəsində məlumatlar ortaya çıxmağa davam edir.
OnePlus Pad 2 planşetinin nə zaman təqdim edilə biləcəyi açıqlanıb
OnePlus Pad 2 planşetinin nə zaman təqdim edilə biləcəyi açıqlanıb
OnePlus şirkəti keçən ilin sentyabr ayında OnePlus Pad planşetini təqdim etmişdi. Keçən ay isə məlum oldu ki, şirkət artıq OnePlus Pad 2 planşeti üzərində çalışır.
OnePlus Nord CE4 təqdim edilib - QİYMƏTİ
OnePlus Nord CE4 təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti özünün Nord seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, OnePlus Nord CE4-dən gedir.
OnePlus Ace 3 Pro-nun bir sıra texniki imkanları açıqlanıb
OnePlus Ace 3 Pro-nun bir sıra texniki imkanları açıqlanıb
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti OnePlus Ace 3 Pro smartfonu üzərində çalışır.
OnePlus Ace 3V təqdim olunub - QİYMƏTİ
OnePlus Ace 3V təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti Çində öz yeni smartfonunu təqdim edib. Söhbət, OnePlus Ace 3V-dən gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!