main-post-cover

    Philips Evnia 27M2C5200W gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.07.2024
    Emil Nəcəfov
         Philips şirkəti özünün Evina adlı gaming monitor seriyasının yeni modelini təqdimb edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2C5200W adlanır. Beləliklə bu yeni gaming monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 27 düym ölçülü Fast VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran HDR10 dəstəyinə sahibdir və o, sRGB rəng diapazonunun 121%-ni, NTSC rəng diapazonunun 108%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Philips Evnia 27M2C5200W artıq Avropa bazarında 230 avro qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Philips Evnia 32M2N8800 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-32m2n8800-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Philips Evnia 27M1N3500L adlı yeni büdcəli gaming monitor təqdim edilib - QİYMƏTİ
    philips-evnia-27m1n3500l-adli-yeni-budceli-gaming-monitor-teqdim-edilib-qiymeti
    Büdcəli Philips 326M6FJSB monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-philips-326m6fjsb-monitoru-teqdim-edilib-qiymeti
    Qlobal bazarda Philips Evnia 34M2C6500 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-philips-evnia-34m2c6500-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Dizaynerlər üçün Philips 27E2F7900 adlı monitor təqdim edilib - QİYMƏTİ
    dizaynerler-ucun-philips-27e2f7900-adli-monitor-teqdim-edilib-qiymeti