main-post-cover

    POCO F6 subflaqman smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    30.04.2024
    Farid Pardashunas
         Xiaomi-nin POCO brendi hal-hazırda POCO F6 adlı yeni subflaqman smartfon üzərində çalışır. İndi isə sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən POCO F6 smartfonu Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib.
         Üstəlik Geekbench sayəsində məlum olub ki, POCO F6 qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2001 xal, çox nüvəli testi çərçivəsində idə 5583 xal toplayıb. Bəzi məlumatlara əsasən sözügedən smartfon bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi Turbo 3-ün qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq. Burdan da belə qənaətə gəlmək olar ki, POCO F6 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı, 50 MP-lik əsas arxa kameranı və 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Redmi G27Q 2025 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-g27q-2025-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi 4 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırıb
    xiaomi-4-smartfonunun-desteyini-resmi-sekilde-dayandirib
    Redmi K70 Ultra-nın bəzi flaqman özəllikləri açıqlanıb
    redmi-k70-ultra-nin-bezi-flaqman-ozellikleri-aciqlanib
    Redmi A27Q 2025 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ
    redmi-a27q-2025-adli-yeni-budceli-monitor-teqdim-edilib-qiymeti
    Redmi Buds 5A naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    redmi-buds-5a-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti