main-post-cover

    POCO M6 Plus 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıblar

    Cihazlar+
    06.06.2024
    Emil Nəcəfov
         Keçən ayın sonunda məlum oldu ki, Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G adlı yeni smartfonunun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfonun Google Play Console-da ortaya çıxdığı məlum olub. Bunun sayəsində POCO M6 Plus 5G-nin xarici görünüşü və bəzi texniki özəllikləri sərgilənib. Google Play Console-da ortaya çıxmış fotoda bu smartfonun yalnız ön paneli əks olunub. Fotodan da görmək olar ki, POCO M6 Plus 5G smartfonu yastı gövdəni və ekranı əldə edəcək. Ekran üzərində isə kiçik dairəvi çıxıntı yerləşəcək.
         Məlumata əsasən smartfon 2460x1080 piksel keyfiyyətli ekranı əldə edəcək və Qualcomm-un SM4450 model nömrəsinə sahib prosessoru vasitəsilə çalışacaq. Söhbət, Snapdragon 4 Gen 2-dən gedir. Bundan əlavə olaraq smartfon özündə 8 GB RAM-ı birləşdirəcək və qutudan Android 14-ü əldə edəcək. Qeyd etmək lazımdır ki, POCO M6 Plus 5G-nin bir neçə müddət bundan öncə Çində satışa çıxmış Redmi Note 13R smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu qlobal bazarda da satılacaq
    xiaomi-nin-ilk-qatlana-bilen-qapaqli-smartfonu-qlobal-bazarda-da-satilacaq
    Məşhur insayder Redmi K80 Pro-nun texniki imkanları ilə bağlı təfərrüatları bölüşüb
    meshur-insayder-redmi-k80-pro-nun-texniki-imkanlari-ile-bagli-teferruatlari-bolusub
    Orta büdcəli Redmi 13 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-redmi-13-4g-smartfonu-teqdim-edilib-qiymeti
    Xiaomi 14 CIVI-nin texniki göstəriciləri məlum olub
    xiaomi-14-civi-nin-texniki-gostericileri-melum-olub
    Xiaomi 15 smartfonlarının kamera imkanları barəsində təfərrüatlar verilib
    xiaomi-15-smartfonlarinin-kamera-imkanlari-baresinde-teferruatlar-verilib