main-post-cover

    POCO M7 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    11.02.2025
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi dekabr ayının ortasında POCO M7 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə POCO brendi onun adi versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, POCO M7 5G-dən gedir. Məlum olub ki, POCO M7 5G smartfonu Google Play Console-da ortaya çıxıb. Nəticədə Smartfonun ön panel dizaynı və bəzi texniki imkanları məlum olub. Beləliklə ortaya çıxmış fotoya əsasən POCO M7 5G smartfonu yastı ekranı əldə edəcək və ekran üzərində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək.
         Texniki imkanlara gəldikdə isə smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışmalı və 4 GB RAM-ı əldə etməlidir. Smartfonun ekran ölçüsü qeyd edilməsə də məlumdur ki, o, 1640x720 piksel keyfiyyətində olacaq. Bununla yanaşı Google Play Console-da qeyd edilmiş məlumata inansaq, POCO M7 5G smartfonu qutudan Android 14 vasitəsilə çalışacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI Turbo 4 Pro-nun əsas imkanları açıqlanıb
    redmi-turbo-4-pro-nun-esas-imkanlari-aciqlanib
    Xiaomi 15 Ultra-nın iki rəngli gövdəyə sahib versiyasının fotosu ortaya çıxıb
    xiaomi-15-ultra-nin-iki-rengli-govdeye-sahib-versiyasinin-fotosu-ortaya-cixib
    Xiaomi MIX Flip 2 barəsində yeni təfərrüatlar təqdim edilib
    xiaomi-mix-flip-2-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    REDMI və POCO brendlərini əhatə edən 9 ədəd smartfonun rəsmi dəstəyi dayandırılıb
    redmi-ve-poco-brendlerini-ehate-eden-9-eded-smartfonun-resmi-desteyi-dayandirilib
    Çin dövlət qurumu Xiaomi YU7-nin bəzi özəlliklərini təqdim edib
    cin-dovlet-qurumu-xiaomi-yu7-nin-bezi-ozelliklerini-teqdim-edib