main-post-cover

    POCO M7 5G smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    28.02.2025
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi dekabr ayının ortasında POCO M7 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə brend onun adi versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, POCO M7 5G-dən gedir. POCO brendi rəsmi şəkildə Poco M7 5G-nin təqdimatını anons edib. Təqdim edilmiş fotolardan məlum olub ki, sözügedən smartfon 3 mart tarixində təqdim olunacaq. Bununla yanaşı fotolar sayəsində smartfonun xarici görünüşü sərgilənib və onun texniki imkanları açıqlanıb.
         Fotolardan da görmək olar ki, POCO M7 5G xarici görünüşcə POCO M7 5G Pro-dan fərqlənəcək. Adi modelin arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Smartfonun özü isə yastı gövdə dizaynını əldə edəcək. Məlum olub ki, yeni smartfon özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirəcək. POCO M7 5G smartfonu 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
         Üstəlik POCO M7 5G-nin gövdəsi IP52 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Məlumatda qeyd edilib ki, təqdimata hazırlaşan POCO M7 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.88 düym ölçülü ekranı əldə edəcək, Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM-ı birləşdirəcək. Smartfon 2 il ərzində Android dəstəyini və 4 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi SU7 Ultra-nın final versiyası təqdim edilib - QİYMƏTİ
    xiaomi-su7-ultra-nin-final-versiyasi-teqdim-edilib-qiymeti
    Wi-Fi dəstəyinə sahib Xiaomi Buds 5 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    wi-fi-desteyine-sahib-xiaomi-buds-5-pro-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Xiaomi yeni performanslı planşet üzərində çalışır
    xiaomi-yeni-performansli-planset-uzerinde-calisir
    Xiaomi 15 Ultra təqdim edilib - QİYMƏTİ
    xiaomi-15-ultra-teqdim-edilib-qiymeti
    REDMI brendi yüksək performanslı gaming smartfonu üzərində çalışır
    redmi-brendi-yuksek-performansli-gaming-smartfonu-uzerinde-calisir