main-post-cover

    POCO X7 Pro 5G-nin texniki imkanları açıqlanıb

    Cihazlar+
    24.12.2024
    Emil Nəcəfov
          Xiaomi-nin POCO brendinin yaxın zamanda təqdim edəcəyi POCO X7 smartfon seriyasına iki model daxil olacaq. POCO X7 5GX7 Pro 5G. Dünən insayderlər adi POCO X7 5G modelinin texniki imkanlarını açıqlamışdılar. İndi isə insayderlər POCO X7 Pro 5G modelinin texniki imkanları barəsində məlumatlar veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən POCO X7 Pro 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunacaq.
        Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edəcək. Smartfon MediaTek Dimensity 8400 Ultra prosessoru vasitəsilə çalışacaq. Kameralar mövzusunda POCO X7 Pro 5G smartfonu 50 MP-lik əsas arxa kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI qlobal bazarda yeni smartfonunun təqdimatına hazırlaşır
    redmi-qlobal-bazarda-yeni-smartfonunun-teqdimatina-hazirlasir
    POCO X7 5G-nin texniki imkanları açıqlanıb
    poco-x7-5g-nin-texniki-imkanlari-aciqlanib
    Xiaomi YU7 elektrikli krossoverinin real fotoları ortaya çıxıb
    xiaomi-yu7-elektrikli-krossoverinin-real-fotolari-ortaya-cixib
    Xiaomi 15 Ultra-nın iki özəlliyi məlum olub
    xiaomi-15-ultra-nin-iki-ozelliyi-melum-olub
    Huawei qlobal smart saat bazarının liderinə çevrilib
    huawei-qlobal-smart-saat-bazarinin-liderine-cevrilib