main-post-cover

    Powerbeats Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.02.2025
    Emil Nəcəfov
         Apple şirkətinə məxsus olan Beats şirkəti yeni naqilsiz qulaqlığını təqdim edib. Söhbət, Powerbeats Pro 2-dən gedir. Bu yeni naqilsiz qulaqlıq əsasən aktiv həyat tərzi sürən insanlar üçün nəzərdə tutulub. Powerbeats Pro 2 özündə yeni H2 prosessorunu birləşdirir. Bu prosessor səs keyfiyyətini və ətraf səs-küyün aktiv boğulması funksiyasını yaxşılaşdırır və üstəlik siqnal gecikməsini aşağı salır. Qeyd etmək lazımdır ki, AirPods Pro 2-də də bu prosessordan istifadə edilir.
         Powerbeats Pro 2 ətraf səs-küyün aktiv boğulması funksiyasına və şəffaf rejimə sahibdir. Bu yeni naqilsiz qulaqlığın əsas fərqləndirici imkanı ondan ibarətdir ki, o, ürək döyüntüləri ritmini ölçə bilir. Qulaqlıq ürək döyüntüləri ritmini saniyədə 100 dəfə ölçür. Bu, Apple şirkətinin naqilsiz qulaqlıqları arasında reallaşdırılmış ilk belə bir funksiyadır. Qulaqlıqların gövdələri IPX4 standartı üzrə sudan və tərdən qorunma özəlliyinə sahibdirlər. Buna görə də onları rahatlıqla idman zalında və ya yağışlı havada istifadə etmək olar.
         Powerbeats Pro 2 bir dəfə şarj olunandan sonra şarj keysi ilə birlikdə 45 saat ərzində çalışır. Bununla yanaşı o, sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Belə ki, 5 dəqiqəlik şarj nəticəsində qulaqlıqlar 90 dəqiqə ərzində çalışa bililər. Şarj keysi USB-C girişinə sahibdir və sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Powerbeats Pro 2 artıq satışa çıxıb və onun qiyməti 250$ təşkil edir.
    Mənbə: Beats
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OLED ekranlı MacBook Pro artıq çox yaxındır
    oled-ekranli-macbook-pro-artiq-cox-yaxindir
    Apple şirkətinin öz AR eynək layihəsini ləğv etmədiyi məlum olub
    apple-sirketinin-oz-ar-eynek-layihesini-legv-etmediyi-melum-olub
    Smartfon keyslərinin istehsalçısı iPhone SE 2025-in xarici görünüşünü sərgiləyib
    smartfon-keyslerinin-istehsalcisi-iphone-se-2025-in-xarici-gorunusunu-sergileyib
    Böyük Britaniya Apple-dan istifadəçilərin izlənməsi imkanının təqdim edilməsini tələb edib
    boyuk-britaniya-apple-dan-istifadecilerin-izlenmesi-imkaninin-teqdim-edilmesini-teleb-edib
    iPad planşet bazarındakı dominantlığını qoruyub saxlayır
    ipad-planset-bazarindaki-dominantligini-qoruyub-saxlayir