Qatlana bilən Google Pixel Fold 2-nin prototipinin fotosu təqdim edilib
Cihazlar+
08.02.2024
Emil Nəcəfov
Bir neçə saat əvvəl Android Authority saytı xəbər verdi ki, Google şirkəti qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır. İndi isə həmin sayt Pixel Fold 2-nin prototipinin real fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, Pixel Fold 2-nin prototipi yenilənmiş arxa kamera sahəsinə sahibdir. Kamera sahəsində minimum 3 ədəd kamera obyektivi yerləşir. Üstəlik smartfonun xarici ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı mövcuddur. Məlumatda qeyd edilib ki, sözügedən prototip Tensor G4 prosessoru vasitəsilə çalışır və özündə 16 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirir. Pixel Fold 2-nin nəticə etibarilə fotodakı prototipin xarici görünüşünü əldə edib-etməyəcəyi bilinmir. Google öz yeni qatlana bilən smartfonunu bu il ərzində təqdim etməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır
Google qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır
Android Authority saytının vermiş olduğu məlumata əsasən Google şirkəti öz yeni qatlana bilən smartfonu üzərində çalışır.
Google öz çat-botunun adını Gemini-yə dəyişməyi və onun Android tətbiqini işə salmağı planlaşdırır
Google öz çat-botunun adını Gemini-yə dəyişməyi və onun Android tətbiqini işə salmağı planlaşdırır
Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botuna sahibdir və şirkət onu aktiv şəkildə inkişaf etdirir.
Süni zəka əsaslı Google Bard çat-botu fotoların tərtibatı funksiyasını əldə edib
Süni zəka əsaslı Google Bard çat-botu fotoların tərtibatı funksiyasını əldə edib
Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunun böyük yenilənməni əldə etdiyini elan edib.
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
ABŞ Federal Ticarət Komissiyası (FTC) süni zəka sahəsində fəaliyyət göstərən perspektivli startaplara milyardlarla dollar investisiya yatırmış böyük texnoloji şirkətlər barəsində istintaqa start verib.
Google smart saatlar üçün WearOS 5 əməliyyat sistemini hazırlayır
Google smart saatlar üçün WearOS 5 əməliyyat sistemini hazırlayır
Google şirkəti smart saatlar üçün nəzərdə tutulmuş WearOS əməliyyat sisteminin yeni versiyasını hazırlayır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!