main-post-cover

    Qatlana bilən OPPO Find N5-in təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    11.02.2025
    Emil Nəcəfov
         Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti sonunda öz yeni qatlana bilən smartfonunun təqdimatını rəsmi şəkildə anons edib. Söhbət, OPPO Find N5-dən gedir. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən OPPO Find N5 smartfonu 20 fevral tarixində Çində təqdim olunacaq. Bununla yanaşı şirkət rəsmi şəkidlə təsdiqləyib ki, smartfonun qlobal versiyası da eyni tarixdə təqdim olunacaq.
         OPPO smartfonun təqdimat tarixini elan etməklə yanaşı həmçinin onun dizaynını sərgiləyən yeni fotoları da təqdim edib. Posterlərdən biri isə OPPO Find N5-in gövdəsinin nə dərəcədə nazik olacağına fokuslanıb. Onun bazardakı ən nazik gövdəyə sahib qatlana bilən smartfon olacağı gözlənilir. Məlumatda qeyd edilib ki, OPPO Find N5 smartfonu bazarda 3 gövdə rəngində satışa çıxacaq. Dusk Purple, Jade WhiteSatin Black.
         Fotolardan da görmək olar ki, smartfonun arxa panelində ənənəvi dairəvi kamera sahəsi yerləşəcək. Son məlumat sızıntısına əsasən isə OPPO Find N5-in daxili ekranı üzərində heç bir qatlanma izi olmayacaq. Şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, smartfonun gövdəsi IPX6, IPX8 IPX9 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışmalıdır.
    Mənbə: Gagdets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan OPPO Find X8 Mini barəsində yeni təfərrüatlar təqdim edilib
    teqdimata-hazirlasan-oppo-find-x8-mini-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Qatlana bilən OPPO Find N5-in müxtəlif gövdə rənglərində fotoları təqdim edilib
    qatlana-bilen-oppo-find-n5-in-muxtelif-govde-renglerinde-fotolari-teqdim-edilib
    OPPO Find X9 Ultra barəsində ilk məlumat verilib
    oppo-find-x9-ultra-baresinde-ilk-melumat-verilib
    OPPO Find N5 qatlana bilən smartfonların əsas problemlərindən birini aradan qaldıracaq
    oppo-find-n5-qatlana-bilen-smartfonlarin-esas-problemlerinden-birini-aradan-qaldiracaq
    OPPO Find N5-in gövdəsi hətta iPad Pro 2024-ün gövdəsindən də nazik olacaq
    oppo-find-n5-in-govdesi-hetta-ipad-pro-2024-un-govdesinden-de-nazik-olacaq