Qatlana bilən qapaqlı Xiaomi MIX Flip smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
16.07.2024
Emil Nəcəfov
Xiaomi şirkəti yeni qatlana bilən smartfonu olacaq MIX Fold 4-ün təqdimatını artıq anons edib. Təqdimat 19 iyul tarixində baş tutacaq. Lakin həmin tarixdə şirkət həmçinin öz ilk qatlana bilən qapaqlı smartfonunu da təqdim etməlidir. Söhbət, Xiaomi MIX Flip-dən gedir. İndi isə məlum olub ki, Xiaomi MIX Flip smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub.
Beləliklə Geekbench sayəsində məlum olub ki, Xiaomi MIX Flip smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Xiaomi MIX Fold 4 də bu prosessoru əldə edəcək. Geekbench testlərindən Xiaomi MIX Flip-in 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə Xiaomi MIX Flip Geekbench-in bir nüvəli testi çərçivəsində 2087 xal, çox nüvəli testi çərçivəsində isə 6282 xal toplayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Pad 7 planşeti flaqman Snapdragon prosessorunu və OLED ekranı əldə edə bilər
Xiaomi Pad 7 planşeti flaqman Snapdragon prosessorunu və OLED ekranı əldə edə bilər
Xiaomi şirkəti keçən ilin aprel ayında Xiaomi Pad 6 planşetini təqdim etmişdi. İndi isə şirkət Xiaomi Pad 7-nin təqdimatına hazırlaşır.
Xiaomi Smart Band 9 smart qolbağının təqdimatı anons edilib
Xiaomi Smart Band 9 smart qolbağının təqdimatı anons edilib
Xiaomi şirkəti qatlana bilən MIX Fold 4 ilə yanaşı Smart Band 9 smart qolbağının da təqdimatını anons edib.
Qatlana bilən Xiaomi MIX Fold 4-ün təqdimatı anons edilib və xarici görünüşü sərgilənib
Qatlana bilən Xiaomi MIX Fold 4-ün təqdimatı anons edilib və xarici görünüşü sərgilənib
Xiaomi şirkəti öz yeni qatlana bilən smartfonu olacaq MIX Fold 4-ün təqdimatını anons edib və təqdimatı gözləmədən bu yeni smartfonun xarici görünüşünü sərgiləyib.
Qlobal bazarda Xiaomi 2K Gaming Monitor G27Qi gaming monitoru təqdim edilib
Qlobal bazarda Xiaomi 2K Gaming Monitor G27Qi gaming monitoru təqdim edilib
Xiaomi şirkəti qlobal bazarda yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Xiaomi 2K Gaming Monitor G27Qi adlanır.
POCO M6 Plus 5G-nin render fotosu təqdim edilib və tenxiki imkanları açıqlanıb
POCO M6 Plus 5G-nin render fotosu təqdim edilib və tenxiki imkanları açıqlanıb
Artıq məlumdur ki, Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G smartfonunun təqdimatına hazırlaşır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!