Qatlana bilən Xiaomi Mix Fold 4-ün keyfiyyətli render fotosu təqdim edilib
Cihazlar+
03.07.2024
Emil Nəcəfov
Xiaomi şirkəti yaxın zamanda Mix Fold 4 adlı yeni qatlana bilən smartfonunu təqdim etməlidir. İndi isə Evan Blass adlı məşhur insayder sözügedən yeni qatlana bilən smartfonun keyfiyyətli render fotosunu və onun barəsində bəzi məlumatları təqdim edib. İnsayder tərəfindən təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfonun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək və onun daxilində 4 ədəd obyektiv ilə LED işıqlandırma mövcud olacaq.
İnsayderin sözlərinə əsasən əsas arxa kamera 50 MP-lik olacaq. Bununla yanaşı o, əlavə edib ki, fotoda əks olunmuş dizayn Mix Fold 4-ün final dizaynı deyil və təqdimata kimi onun bəzi elementlərində dəyişikliklər ola bilər. Qeyd etmək lazımdır ki, Xiaomi Mix Fold 4-ün Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi Note 14 Pro-nun sahib olacağı fərqli arxa panel dizaynı sərgilənib
Redmi Note 14 Pro-nun sahib olacağı fərqli arxa panel dizaynı sərgilənib
Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 14 Pro olacaq.
Xiaomi 14T Pro smartfonu Camera FV-5 resursunda ortaya çıxıb
Xiaomi 14T Pro smartfonu Camera FV-5 resursunda ortaya çıxıb
Xiaomi şirkəti yaxın zamanda Xiaomi 14T smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi 14T Pro olacaq.
Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib
Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib
Son məlumat sızıntılarına əsasən Xiaomi şirkətinin növbəti elektromobili krossover olacaq. Bir neçə gün bundan öncə isə şirkətin elektrikli krossoveri Çinin avtomobil yollarında görüldü.
Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
Artıq müəyyən müddət ərzində ortaya çıxan məlumatlara əsasən Xiaomi-nin Redmi brendi yaxın zamanda Redmi K70 Ultra smartfonunu təqdim etməlidir.
Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim etməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!