Redmi brendi Redmi K70 Ultra smartfonu üzərində çalışır
Cihazlar+
05.12.2023
Emil Nəcəfov
Bir həftə bundan öncə Redmi brendi Redmi K70 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya Redmi K70, K70 Pro və K70E modelləri daxil oldular. Lakin indi məlum olub ki, Redmi K70 seriyasına daha bir model daxil olacaq. Söhbət, Redmi K70 Ultra-dan gedir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən hazırlanan Redmi K70 Ultra smartfonu MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı insayder qeyd edib ki, smartfon 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq və özündə 108 MP-lik ultra geniş bucaqlı obyektivi birləşdirəcək. Redmi K70 Ultra-nın gələn ilin birinci rübündə təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimatdan bir gün qabaq Redmi 13C 5G haqqında yeni rəsmi məlumatlar verilib
Təqdimatdan bir gün qabaq Redmi 13C 5G haqqında yeni rəsmi məlumatlar verilib
Xiaomi-nin Redmi brendi artıq sabah qlobal bazarda Redmi 13C 5G smartfonunu təqdim edəcək.
Redmi 13C 5G-nin qlobal bazardakı satış qiyməti məlum olub
Redmi 13C 5G-nin qlobal bazardakı satış qiyməti məlum olub
Redmi brendi 6 dekabr tarixində Redmi 13C 5G smartfonunu qlobal bazarda təqdim edəcək.
Xiaomi yeni smart saat seriyası üzərində çalışır
Xiaomi yeni smart saat seriyası üzərində çalışır
Xiaomi şirkəti hal hazırda iki smart saat seriyasına sahibdir. Xiaomi Watch və Xiaomi Watch S.
Xiaomi Pad 7 planşetlərinin texniki imkanları açıqlanıb
Xiaomi Pad 7 planşetlərinin texniki imkanları açıqlanıb
Artıq məlumdur ki, Xiaomi şirkəti Xiaomi Pad 7 planşet seriyası üzərində çalışır.
Redmi 13C 5G-nin qlobal versiyasının hansı prosessoru əldə edəcəyi açıqlanıb
Redmi 13C 5G-nin qlobal versiyasının hansı prosessoru əldə edəcəyi açıqlanıb
Bir neçə gün bundan öncə Redmi brendi Redmi 13C 5G smartfonunun qlobal versiyasının təqdimatını anons etdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!