main-post-cover

    Redmi K70 Pro-nun dizaynı rəsmi şəkildə sərgilənib

    Cihazlar+
    24.11.2023
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi 29 noyabr tarixində Redmi K70 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Redmi K70, K70 Pro K70E modelləri daxil olacaqlar. Lakin təqdimat tədbirini gözləmədən Redmi brendi Çinin Weibo adlı sosial şəbəkəsində Redmi K70 Pro-nun fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfon iki gövdə rəngində əks olunub. Ağ və qara. Fotolardan da görmək olar ki, Redmi K70 Pro smartfonu yastı gövdə dizaynını və yastı ekranı əldə edəcək.
         Smartfonun arxa panelində 3 ədəd kamera obyektivi və LED işıqlandırma yerləşəcək. Ümumilikdə smartfonun arxa kamera sahəsinin dizaynı POCO smartfonlarının arxa kamera sahəsi dizaynlarını xatırladır. Qeyd etmək lazımdır ki, Redmi K70 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalıdır. Bununla yanaşı onun 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli AMOLED ekranla təchiz olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder Redmi K70 Pro-nun satış qiyməti barəsində məlumat verib
    meshur-insayder-redmi-k70-pro-nun-satis-qiymeti-baresinde-melumat-verib
    Redmi K70-in qlobal versiyası sertifikatlaşdırılıb
    redmi-k70-in-qlobal-versiyasi-sertifikatlasdirilib
    Redmi brendi satılmış 1 milyard smartfon göstəricisinə çatıb
    redmi-brendi-satilmis-1-milyard-smartfon-gostericisine-catib
    Xiaomi SU7-nin flaqman versiyasının real fotoları ortaya çıxıb
    xiaomi-su7-nin-flaqman-versiyasinin-real-fotolari-ortaya-cixib
    Redmi K70E-nin ön panelini əks etdirən real fotolar ortaya çıxıb
    redmi-k70e-nin-on-panelini-eks-etdiren-real-fotolar-ortaya-cixib