Redmi Turbo 4-ün mümkün təqdimat müddəti açıqlanıb
Cihazlar+
15.11.2024
Emil Nəcəfov
Xiaomi-nin Redmi brendi bu ay ərzində Redmi K80 və K80 Pro smartfonlarını təqdim etməlidir. Lakin bununla yanaşı Redmi Turbo 4 smartfonu da təqdimata hazırlaşır. İnsayderlər Redmi Turbo 4-ün nə zaman təqdim olunacağını və bəzi texniki göstəricilərini açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Redmi Turbot 4 smartfonu artıq dekabr ayında təqdim olunacaq.
Məlumata əsasən sözügedən smartfon 1.5K keyfiyyətli ekranı əldə edəcək və özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfonun hansı prosessor vasitəsilə çalışacağı açıqlanmayıb. Bununla yanaşı insayderlərin sözlərinə əsasən Redmi Turbo 4 üstəlik qlobal bazarda da satışa çıxacaq. Lakin qlobal bazarda smartfon POCO brendi altında satılacaq və onun adı POCO F7 olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi 15 Ultra-nın arxa panelinin fotosu ortaya çıxıb
Xiaomi 15 Ultra-nın arxa panelinin fotosu ortaya çıxıb
Xiaomi şirkəti gələn ilin əvvəlində Xiaomi 15 Ultra flaqman smartfonunu təqdim etməlidir. İndi isə internetdə sözügedən smartfonun arxa panelinin daxili hissəsinin fotosu ortaya çıxıb.
Xiaomi süni zəkaya sahib smart eynəyini satışa çıxartmağa hazırlaşır
Xiaomi süni zəkaya sahib smart eynəyini satışa çıxartmağa hazırlaşır
Verilmiş məlumata əsasən Xiaomi şirkəti smart eynəyini satışa çıxartmağa hazırlaşır. Məlumatda qeyd edilib ki, smart eynək Xiaomi-nin Goertek adlı şirkət ilə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Redmi K80-nin daha bir real fotosu ortaya çıxıb
Redmi K80-nin daha bir real fotosu ortaya çıxıb
Xiaomi-nin Redmi brendi bu ay ərzində Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Gözləntilərə əsasən bu seriyaya minimum iki model daxil olacaq.
Redmi Note 14 smartfonları qlobal bazarda gözlənildiyindən daha tez satışa çıxacaqlar
Redmi Note 14 smartfonları qlobal bazarda gözlənildiyindən daha tez satışa çıxacaqlar
Xiaomi-nin Redmi brendi sentyabr ayının sonunda Redmi Note 14 smartfonlarını təqdim etmişdi. Sözügedən smartfonların qlobal versiyalarının gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilirdi.
Redmi K80 smartfonunun kamera göstəriciləri açıqlanıb
Redmi K80 smartfonunun kamera göstəriciləri açıqlanıb
Redmi brendinin bu ay təqdim edəcəyi gözlənilən Redmi K80 smartfonunun ilk real fotosu dünən ortaya çıxdı.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!