Samsung Galaxy A35 və A55 flaqman smartfonların özəlliklərindən birini əldə edə bilərlər
Cihazlar+
01.12.2023
Emil Nəcəfov
Samsung şirkəti hal hazırda Çindəki olan rəqib şirkətlər tərəfindən böyük təzyiqlə üzləşir. Məsələ burasındadır ki, qlobal smartfon bazarında yaşanan durğunluq səbəbilə Çindən olan şirkətlər öz orta büdcəli smartfonlarını olduqca təkmilləşdirməyə başlayıblar. Bu isə öz növbəsində Samsung şirkətini cavab addımlar atmağa vadar edir. Məlumdur ki, şirkət hal hazırda Galaxy A35 və Galaxy A55 smartfonları üzərində çalışır. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət sözügedən Galaxy A smartfonlarında bir vacib dəyişikliyi edə bilər.
Belə ki, onların sözlərinə əsasən Çin istehsalı olan orta büdcəli smartfonlardan geri qalmamaq üçün Samsung Galaxy A35 və Galaxy A55 smartfonlarında gövdə ətrafı çərçivənin materialını plastikdən metala dəyişməyi planlaşdırır. Güman olunur ki, bunun sayəsində sözügedən smartfonlar Samsung-un flaqman smartfonlar səviyyəsinə yaxınlaşacaqlar. Belə ki, metal materialdan hazırlanmış gövdə ətrafı çərçivə smartfonlara premium görünüş verəcək. Qeyd etmək lazımdır ki, Galaxy A35 və Galaxy A55 smartfonlarının gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S24 smartfonlarının təqdimatları çox yaxındır
Samsung Galaxy S24 smartfonlarının təqdimatları çox yaxındır
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasını yanvar ayında təqdim edəcək.
Samsung Galaxy S24 smartfonlarının RAM yaddaşları məlum olub
Samsung Galaxy S24 smartfonlarının RAM yaddaşları məlum olub
Samsung Galaxy S24 smartfon seriyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır.
Samsung Galaxy Z Fold 6 və Z Flip 6-da ekran ölçüləri böyüyəcək
Samsung Galaxy Z Fold 6 və Z Flip 6-da ekran ölçüləri böyüyəcək
Ross Young adlı məşhur insayder Samsung şirkətinin gələn təqdim edəcəyi qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları barəsində yeni məlumatları təqdim edib.
Samsung Exynos prosessorlarının rebrendiqini planlaşdırır
Samsung Exynos prosessorlarının rebrendiqini planlaşdırır
Görünür, Samsung şirkəti öz Exynos prosessorlarının rebrendiqini planlaşdırır.
Samsung Galaxy Z Fold 3 və Z Flip 3 üçün OneUI 6.0-ın 3-cü beta versiyası istifadəyə verilib
Samsung Galaxy Z Fold 3 və Z Flip 3 üçün OneUI 6.0-ın 3-cü beta versiyası istifadəyə verilib
Samsung şirkəti öz qatlana bilən smartfonlarında Android 14-ü test etməyə davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!