Samsung Galaxy Book 5 Pro noutbukunun bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
29.03.2024
Emil Nəcəfov
İnsayderlər Samsung tərəfindən hazırlanan Galaxy Book 5 Pro noutbukunun bəzi texniki göstəriciləri barəsində məlumat veriblər. İnsayderlər bildiriblər ki, Galaxy Book 5 Pro noutbuku Intel Lunar Lake seriyasının 8 nüvəli prosessoru vasitəsilə çalışacaq. Noutbukda qrafik imkanlardan isə 7 GB-lıq VRAM-a sahib GPU Intel ARC cavabdeh olacaq. İnsayderlərin sözlərinə əsasən Galaxy Book 5 Pro həmçinin 16 GB RAM-ı əldə edəcək və onun bir dəfə şarj olunandan sonra çalışma müddəti MacBook səviyyəsində olacaq. Bu isə o deməkdir ki, Galaxy Book 5 Pro bir dəfə şarj olunandan sonra olduqca uzun müddət ərzində çalışa biləcək. Galaxy Book 5 noutbuk seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat verilməyib. Lakin bu, çox güman ki, ya bu ilin sonunda ya da gələn ilin əvvəlində baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Exynos 2500 prosessoru CPU və GPU mövzusunda Snapdragon 8 Gen 3-dən daha güclü ola bilər
Exynos 2500 prosessoru CPU və GPU mövzusunda Snapdragon 8 Gen 3-dən daha güclü ola bilər
Samsung-un yanvar ayında təqdim etmiş olduğu Galaxy S24 smartfon seriyasının Galaxy S24 ilə S24+ modelləri bəzi regionlarda Exynos 2400 flaqman prosessorunu əldə ediblər.
Samsung OneUI 6.1 istifadəçi interfeysini Galaxy Tab S9 planşetləri üçün istifadəyə verib
Samsung OneUI 6.1 istifadəçi interfeysini Galaxy Tab S9 planşetləri üçün istifadəyə verib
Dünən məlum oldu ki, Samsung OneUI 6.1 istifadəçi interfeysini keçən ilki flaqman smartfonları üçün istifadəyə verməyə başlayıb.
Samsung Galaxy Tab S6 Lite (2024) planşeti təqdim edilib
Samsung Galaxy Tab S6 Lite (2024) planşeti təqdim edilib
Samsung şirkəti bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Galaxy Tab S6 Lite planşetinin yenilənmiş versiyasını təqdim edib.
Samsung Galaxy M55 5G təqdim olunub - QİYMƏTİ
Samsung Galaxy M55 5G təqdim olunub - QİYMƏTİ
Müəyyən müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti özünün Galaxy M seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Galaxy M55 5G-dən gedir.
Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri məlum olub
Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri məlum olub
Yay fəslində Samsung-un qatlana bilən Galaxy Z Fold 6 ilə Z Flip 6 smartfonlarını təqdim edəcəyi gözlənilir. İndi isə bu qatlana bilən smartfonların hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri barəsində məlumat ortaya çıxıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ