Samsung Galaxy Fit 3 smart qolbağının fotoları ortaya çıxıb
Cihazlar+
31.01.2024
Emil Nəcəfov
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Fit 3 adlı yeni smart qolbağın təqdimatına hazırlaşır. İndi isə sözügedən qolbaq Samsung saytında ortaya çıxıb. Ortaya çıxmış press fotolar Galaxy Fit 3 barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyiblər. Beləliklə fotolardan da görmək olar ki, Samsung-un bu yeni smart qolbağı düzbucaqlı formasında gövdəni əldə edəcək və gövdənin özü sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Məlumata əsasən smart qolbaq 1.61 düym AMOLED ekranla təchiz olunacaq və özündə 200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Gözləntilərə əsasən Galaxy Fit 3 istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək və GPS funksiyasına sahib olacaq. Smart qolbağın yaxın zamanda təqdim olunacağı güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung dünyanın ən böyük prosessor istehsalçısı statusundan məhrum olub
Samsung dünyanın ən böyük prosessor istehsalçısı statusundan məhrum olub
Counterpoint Research şirkəti 2023-cü ilin ən böyük prosessor istehsalçılarının gəlirlərini əhatə edən reytinqi təqdim edib.
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy F13 üçün istifadəyə verilib
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy F13 üçün istifadəyə verilib
Samsung şirkəti öz smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Galaxy F13 smartfonuna çatıb.
Samsung Galaxy S24 Ultra ilə Galaxy Z Fold 5 smartfonları son iPhone modellərinin funksiyalarından birini əldə edəcəklər
Samsung Galaxy S24 Ultra ilə Galaxy Z Fold 5 smartfonları son iPhone modellərinin funksiyalarından birini əldə edəcəklər
Samsung şirkəti Galaxy S24 Ultra və qatlana bilən Galaxy Z Fold 5 smartfonları üçün növbəti faydalı funksiya üzərində çalışır.
Samsung öz smartfonlarına gələcəkdə daha güclü süni zəka funksiyalarını əlavə edəcək
Samsung öz smartfonlarına gələcəkdə daha güclü süni zəka funksiyalarını əlavə edəcək
Samsung şirkəti Galaxy S24 smartfonlarını təqdim edən zaman onlarda Galaxy AI adlı suni zəka funksiyalarına böyük diqqət ayırdı.
Samsung şirkəti NVIDIA və AMD videokartları üçün GDDR7 yaddaş çiplərini təqdim etməyə hazırlaşır
Samsung şirkəti NVIDIA və AMD videokartları üçün GDDR7 yaddaş çiplərini təqdim etməyə hazırlaşır
Techradar saytının vermiş olduğu məlumata əsasən 18 fevral tarixində start götürəcək ISSCC konfransı çərçivəsində Samsung şirkəti GDDR7 standartlı yaddaş çiplərini təqdim edəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!