Samsung Galaxy S24 FE hansı prosessoru əldə edəcək?
Cihazlar+
04.03.2024
Emil Nəcəfov
Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti Galaxy S23 FE-nin davamçısı üzərində çalışır. Söhbət, Galaxy S24 FE-dən gedir. Ortaya çıxmış yeni məlumata əsasən hazırlanan bu yeni smartfon əksər regionlarda Exynos 2400 prosessoru ilə satışa çıxacaq. Lakin bəzi insayderlər Galaxy S24 FE-nin bir sıra regionlarda Snapdragon 8 Gen 3 prosessoru ilə də satışa çıxacağını istisna etmirlər. Yeni məlumatda qeyd edilib ki, Galaxy S24 FE-nin digər bir fərqləndirici özəlliyi onun Galaxy S23 FE-dən fərqli olaraq 8 GB RAM-dan LPDDR5X standartlı 12 GB RAM-a keçid etməsi olacaq. Çox güman ki, smartfon özündə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Galaxy S24 FE-nin ekranı barəsində hələ heç bir məlumat yoxdur. Smartfonun bu ilin sonuna yaxın təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yenilənmiş Galaxy Tab S6 Lite (2024) planşetinin satış qiymətləri məlum olub
Yenilənmiş Galaxy Tab S6 Lite (2024) planşetinin satış qiymətləri məlum olub
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti Galaxy Tab S6 Lite planşetinin yenilənmiş versiyası olacaq Galaxy Tab S6 Lite (2024)-ü satışa çıxartmağa hazırlaşır.
Samsung Galaxy M15 5G-nin keyfiyyətli render fotoları təqdim edilib
Samsung Galaxy M15 5G-nin keyfiyyətli render fotoları təqdim edilib
Evan Blass adlı məşhur insayder Samsung şirkətinin təqdimata hazırlaşan Galaxy M15 5G smartfonunun keyfiyyətli render fotolarını təqdim edib.
Samsung Galaxy Ring smart üzüyünü bütün Android smartfonlarla uyğunlaşdırmağa hədəflənib
Samsung Galaxy Ring smart üzüyünü bütün Android smartfonlarla uyğunlaşdırmağa hədəflənib
Samsung şirkəti yanvar ayında anons etmiş olduğu Galaxy Ring smart üzüyünü MWC 2024 sərgisi çərçivəsində sərgilədi.
Samsung artıq Galaxy S24 FE üzərində çalışır
Samsung artıq Galaxy S24 FE üzərində çalışır
Samsung keçən ilin oktyabr ayında Galaxy S23 FE smartfonunu təqdim etmişdi.
Samsung Galaxy A35 5G-nin bütün texniki göstəriciləri məşhur insayder tərəfindən təqdim edilib
Samsung Galaxy A35 5G-nin bütün texniki göstəriciləri məşhur insayder tərəfindən təqdim edilib
Samsung Galaxy A35 5G smartfonunun təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!