Samsung Galaxy S25 Slim-in hansı əsas arxa kameranı əldə edəcəyi açıqlanıb
Cihazlar+
07.11.2024
Emil Nəcəfov
Son günlərdə ortaya çıxmış məlumata əsasən Samsung gələn il kompakt və nazik gövdəyə sahib Galaxy S25 Slim smartfonunu təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində yeni məlumatı təqdim edib. Onun təqdim etmiş olduğu məlumat Galaxy S25 Slim-in kamerasını əhatə edir.
İnsayder bildirib ki, Galaxy S25 Slim smartfonu gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 Ultra-nın kamerasını əldə edəcək. Çox güman ki, söhbət, 200 MP-lik əsas arxa kameradan gedir. Gözləntilərə əsasən smartfon 200 MP-lik əsas arxa kamera ilə yanaşı özündə 12 MP-lik ultra geniş bucaqlı kameranı və 3 qat optik zoom özəllikli 10 MP-lik telekameranı birləşdirəcək. Bəzi məlumatlara əsasən Galaxy S25 Slim smartfonu gələn ilin aprel ayında təqdim oluna bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25 Slim-in mövcudluğu təsdiqlənib
Samsung Galaxy S25 Slim-in mövcudluğu təsdiqlənib
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti kompakt ölçüyə sahib Galaxy S25 Slim smartfonu üzərində çalışır.
Samsung Galaxy S25-in nazik gövdəli versiyası təqdim oluna bilər
Samsung Galaxy S25-in nazik gövdəli versiyası təqdim oluna bilər
Məlumatda qeyd edilib ki, şirkətin nazik gövdəli smartfonu Galaxy S25 seriyasına daxil olacaq.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!