Samsung Galaxy Watch 4-ü bir qədər yenilənmiş versiyada təkrar olaraq satışa çıxaracaq
Cihazlar+
08.04.2024
Farid Pardashunas
Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti Galaxy Watch FE adlı yeni smart saat üzərində çalışır. İndi isə insayderlər bildiriblər ki, bu belə deyil. Onların sözlərinə əsasən Samsung Galaxy Watch FE adlı smart saat üzərində çalışmır. İnsayderlər bildiriblər ki, bunun yerinə Samsung 2021-ci ildə satışa çıxmış Galaxy Watch 4-ü yenidən satışa çıxaracaq və onun adının qarşısında 2024 qeyd ediləcək.
Qeyd etmək lazımdır ki, şirkət bir neçə müddət bundan öncə Galaxy Tab S6 Lite (2024) planşetini satışa çıxartdı. Bu planşetin orijinal versiyası isə bir neçə il bundan öncə satışa çıxmışdı. Görünür, Galaxy Watch 4 (2024) smart saatı da bu planşetin yolu ilə gedəcək. Galaxy Watch 4 (2024)-ün orijinal Galaxy Watch 4-dan nə ilə fərqlənəcəyi bilinmir. Sadəcə güman etmək olar ki, Galaxy Watch 4 (2024) eyni dizayna sahib olacaq və bir qədər yenilənmiş texniki imkanları əldə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung dünyanın ən böyük smartfon istehsalçısı statusunu özünə geri qaytarıb
Samsung dünyanın ən böyük smartfon istehsalçısı statusunu özünə geri qaytarıb
Bir neçə müddət bundan əvvələ kimi Apple şirkəti dünyanın ən böyük smartfon istehsalçısı statusunu Samsung-un əlindən almışdı.
Samsung Galaxy Watch FE smart saatı hazırlanır
Samsung Galaxy Watch FE smart saatı hazırlanır
Görünür, Samsung şirkəti özünün FE (Fan Edition) seriyasını yeni məhsullarla genişləndirmək niyyətindədir.
Samsung Galaxy S23 smartfonlarındakı barmaq izi skanı ilə bağlı problemin həlli hazırlanır
Samsung Galaxy S23 smartfonlarındakı barmaq izi skanı ilə bağlı problemin həlli hazırlanır
Dünən məlum oldu ki, OneUI 6.1 yenilənməsindən sonra Galaxy S23 və S23 FE smartfonlarının istifadəçiləri barmaq izi skanı texnologiyasının çalışmasında problemlə qarşılaşıblar.
Samsung Galaxy A52 5G artıq hər ay təhlükəsizlik yenilənməsini əldə etməyəcək
Samsung Galaxy A52 5G artıq hər ay təhlükəsizlik yenilənməsini əldə etməyəcək
Bir neçə müddət bundan öncə məlum oldu ki, Samsung şirkəti 2020-ci il buraxılışı olan flaqman smartfonları üçün artıq hər ay təhlükəsizlik yenilənməsini təqdim etməyəcək.
Samsung naqilsiz şarj texnologiyasına sahib yeni power bankını təqdim edib - QİYMƏTİ
Samsung naqilsiz şarj texnologiyasına sahib yeni power bankını təqdim edib - QİYMƏTİ
Samsung şirkəti yeni power bankını təqdim etməklə öz aksesuarlar kataloqunu genişləndirib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!