
Samsung-un potensial smart eynəyi görmə qabiliyyətini düzəldə biləcək
Cihazlar+
25.02.2025
Emil Nəcəfov
Samsung Google ilə birlikdə Android XR əməliyyat sistemi əsasında çalışacaq öz artırılmış reallıq cihazını hazırlayır. Şirkət hələlik cihazla bağlı ətraflı məlumat verməyib, lakin onun olduqca iddialı bir layihə olacağı bildirilib. Bununla yanaşı, Samsung-un yeni patenti maraqlı bir ideyanı ortaya qoyur. XpertPick portalı tərəfindən ABŞ Patent və Ticarət Nişanları Bürosunun (USPTO) məlumat bazasında aşkar edilən patent, Samsung-un smart eynək vasitəsilə istifadəçilərin görmə qabiliyyətini düzəltməyə yönəlmiş texnologiya üzərində işlədiyini göstərir. Patentdə avtomatlaşdırılmış bir sistem təsvir edilib.

Bu sistem eynək linzalarını hərəkət etdirə və dəyişdirə bilir, istifadəçilərin görmə kəskinliyini və fokusunu yaxşılaşdırmağa kömək edir. Bu texnologiya smart eynəyin həm artırılmış reallıq funksiyalarına malik olmasını, həm də görmə korreksiyasını təmin etməsini mümkün edə bilər. Bu ixtira ənənəvi optik eynəkləri əvəz edə bilər, beləliklə istifadəçilər artırılmış və ya virtual reallıq cihazlarından istifadə etmək üçün iki eynək taxmaq məcburiyyətində qalmayacaqlar. Əlbəttə ki, patentin qeydiyyata alınması hələ bu texnologiyanın mütləq bazara çıxarılacağı və ya istifadəçilər tərəfindən bəyəniləcəyi anlamına gəlmir. Bununla belə, Samsung-un bu ideyası olduqca maraqlı səslənir və böyük potensiala malikdir.
Mənbə: Xpertpick
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25 Edge smartfonunun real gövdə qalınlığı sərgilənib

Samsung Galaxy S25 Edge smartfonunun real gövdə qalınlığı sərgilənib
İnternetdə hələ rəsmi elan olunmamış Samsung Galaxy S25 Edge və qatlana bilən Galaxy Z Fold 6 modellərinin maraqlı video-müqayisəsi yayımlanıb. Lakin video tez bir zamanda silinib, amma cihazın dizaynını internetdə qalan ekran görüntülərindən qiymətləndirmək mümkündür.
Samsung Galaxy S25 Edge-in gövdəsinin hansı materialdan təşkil olunduğu açıqlanıb

Samsung Galaxy S25 Edge-in gövdəsinin hansı materialdan təşkil olunduğu açıqlanıb
Samsung yeni Galaxy S25 Edge smartfonunu keçən ayın sonunda keçirilmiş Galaxy Unpacked 2025 tədbirində anons etdi. Tədbirdən sonra Galaxy S25 Edge nümayiş olunsa da, həmin vaxt heç kimə cihazı əllə yoxlamağa icazə verilməmişdi.
Büdcəli Samsung Galaxy A06 5G təqdim edilib - QİYMƏTİ

Büdcəli Samsung Galaxy A06 5G təqdim edilib - QİYMƏTİ
Bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti öz yeni büdcəli smartfonu olan Galaxy A06 5G-ni təqdim edib.
Samsung Odyssey G81SF gaming monitoru təqdim edilib - QİYMƏTİ

Samsung Odyssey G81SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gamin gmonitoru Samsung Odyssey G81SF adlanır.
Samsung ardıcıl 19-cu il dünya televizor bazarının lideri olub

Samsung ardıcıl 19-cu il dünya televizor bazarının lideri olub
Samsung 2024-cü ilin nəticələrinə əsasən ardıcıl 19-cu il dünya televizor bazarının lideri olub. Şirkət premium seqmentdə, ultra-böyük ekranlı modellərdə və QLED televizor bazarında birinci yeri tutub.
Həftənin xəbərləri

