main-post-cover

    Təqdimata hazırlaşan Samsung Galaxy F55 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    02.05.2024
    Farid Pardashunas
         Samsung şirkəti Galaxy F seriyasının yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy F55-dən gedir. Bir neçə gün bundan öncə xəbər ortaya çıxdı ki, sözügedən smartfon keçən həftə təqdim edilmiş Galaxy C55 5G smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq. İndi isə Galaxy F55-in Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy F55 smartfonu Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır.
         Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, Galaxy F55 qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 843 xal, çox nüvəli testi çərçivəsində isə 2307 xal toplayıb. Gözləntilərə əsasən Galaxy F55 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq və özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 FE-nin texniki imkanları barəsində yeni təfərrüatlar təqdim edilib
    samsung-galaxy-s24-fe-nin-texniki-imkanlari-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Qatlana bilən Samsung Galaxy Fold FE və Flip FE smartfonlarının bəzi texniki imkanları açıqlanıb
    qatlana-bilen-samsung-galaxy-fold-fe-ve-flip-fe-smartfonlarinin-bezi-texniki-imkanlari-aciqlanib
    Samsung Galaxy C55 5G smartfonu qlobal bazarda satışa çıxmağa hazırlaşır
    samsung-galaxy-c55-5g-smartfonu-qlobal-bazarda-satisa-cixmaga-hazirlasir
    Samsung Galaxy Watch Ultra və Watch FE smart saatları hazırlanır
    samsung-galaxy-watch-ultra-ve-watch-fe-smart-saatlari-hazirlanir
    Samsung, premium şarj adapterini təqdim edib!
    samsung-premium-sarj-adapterini-teqdim-edib