main-post-cover

    Xiaomi 15-in hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi məlum olub

    Cihazlar+
    20.09.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti Xiaomi 15 smartfonlarını böyük ehtimal ilə gələn ay təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro. Xiaomi 15 Ultra isə gələn il təqdim olunmalıdır. Xiaomi 15 və Xiaomi 15 Pro smartfonları artıq müxtəlif tənzimləyici orqanlarda qeydiyyatdan keçirilib. Bu isə onların yaxın zamanda təqdimatlarına işarə edir. Adi Xiaomi 15-in 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçməsi sayəsində onun hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyini ortaya çıxarıb.
         Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən Xiaomi 15 modeli 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, keçən ilki Xiaomi 14 modeli də eyni gücdə sürətli şarj texnologiyasını dəstəkləyir. Çox güman ki, Xiaomi 15 belə gücdə sürətli şarj texnologiyası vasitəsilə öz batareyanı 100% enerji ilə 31 dəqiqəyə təmin edəcək. Smartfonun dəstəkləyəcəyi sürətli naqilsiz şarj texnologiyasının gücü barəsində məlumat əks olunmayıb. Lakin çox güman ki, smartfonda 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyi reallaşdırılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi MIX Flip-in qlobal versiyasının təqdimatı təsdiqlənib
    xiaomi-mix-flip-in-qlobal-versiyasinin-teqdimati-tesdiqlenib
    Redmi Watch 5 Lite smart saatının təqdimatı anons edilib
    redmi-watch-5-lite-smart-saatinin-teqdimati-anons-edilib
    Xiaomi dünyanın ikinci ən böyük smartfon istehsalçısı olub
    xiaomi-dunyanin-ikinci-en-boyuk-smartfon-istehsalcisi-olub
    Redmi Note 14 smartfonlarının xarici görünüşləri rəsmi şəkildə sərgilənib
    redmi-note-14-smartfonlarinin-xarici-gorunusleri-resmi-sekilde-sergilenib
    Xiaomi-nin 3 qat qatlana bilən smartfonunun render fotoları təqdim edilib
    xiaomi-nin-3-qat-qatlana-bilen-smartfonunun-render-fotolari-teqdim-edilib