Xiaomi artıq MIX Flip 2 üzərində çalışır
Cihazlar+
02.09.2024
Emil Nəcəfov
Xiaomi şirkəti iyul ayında ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etdi. Söhbət, Xiaomi MIX Flip-dən gedir. Lakin görünür, şirkət onun davamçısı olacaq Xiaomi MIX Flip 2 üzərində artıq çalışmağa başlayıb. Belə ki, IMEI məlumatlar bazasında Xiaomi MIX Flip 2-yə aid model nömrələri aşkar edilib. 2505APX7BC və 2505APX7BG. Birinci model nömrəsi smartfonun Çin bazarında satılacaq versiyasını, ikinci model nömrəsi isə smartfonun qlobal bazarda satılacaq versiyasını əhatə edir.
Bu model nömrələrindəki 2505 hissəsi smartfonun təqdim ediləcəyi il ilə ayı əks etdirir. Model nömrələrinə əsasən MIX Flip 2 gələn ilin may ayında təqdim olunmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iyul ayında təqdim edilmiş MIX Flip smartfonunun model nömrəsində 2405 qeyd edilib. Yəni smartfon əslində may ayında təqdim olunmalı idi. Lakin nəticədə o, iyul ayında təqdim edildi. Heç istisna deyil ki, Xiaomi MIX Flip 2 halında da belə olacaq. Xiaomi MIX Flip 2-nin texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Lakin dəqiq olan odur ki, o, Çin bazarından əlavə olaraq qlobal bazarda da satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Pad 7 planşeti 3 versiyada təqdim ediləcək
Xiaomi Pad 7 planşeti 3 versiyada təqdim ediləcək
Xiaomi şirkəti aktiv şəkildə Xiaomi Pad 7 planşet seriyasının təqdimatına hazırlaşır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu planşet seriyası barəsində yeni təfərrüatları bölüşüb.
Büdcəli Redmi 14C smartfonu təqdim edilib - QİYMƏTİ
Büdcəli Redmi 14C smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi qlobal bazarda büdcəli Redmi 14C smartfonunu təqdim edib. Bu smartfon keçən ilki Redmi 13C-nin davamçısıdır.
HyperOS 2.0-ı 100-dən çox Xiaomi cihazı əldə edəcək
HyperOS 2.0-ı 100-dən çox Xiaomi cihazı əldə edəcək
Xiaomi şirkəti aktiv şəkildə HyperOS 2.0 istifadəçi interfeysi üzərində çalışır və o artıq bu il ərzində istifadəyə verilməlidir.
Xiaomi 8 cihazının dəstəyini dayandırıb
Xiaomi 8 cihazının dəstəyini dayandırıb
Xiaomi şirkəti özünün EOS (End Of Support) siyahısını genişləndirib. Qeyd etmək lazımdır ki, bu siyahıya dəstək müddəti bitmiş smartfonlar daxil olurlar.
Təqdimata hazırlaşan Xiaomi Pad 7 və Pad 7 Pro planşetlərinin əsas texniki imkanları açıqlanıb
Təqdimata hazırlaşan Xiaomi Pad 7 və Pad 7 Pro planşetlərinin əsas texniki imkanları açıqlanıb
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Pad 7 və Pad 7 Pro planşetlərini təqdim etməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ