Xiaomi minimum iki yeni qatlana bilən smartfon üzərində çalışır
Cihazlar+
06.02.2024
Emil Nəcəfov
Bu il ərzində müxtəlif smartfon istehsalçıları öz qatlana bilən cihazlarını təqdim edəcəklər. Onların arasında Xiaomi də olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, Xiaomi hal-hazırda minimum iki ədəd qatlana bilən smartfon üzərində çalışır. Onlardan biri qatlana bilən qapaqlı smartfon olacaq. İnsayderin sözlərinə əsasən şirkətin qatlana bilən qapaqlı smartfonu ikili arxa kameranı əldə edəcək və onlardan ən əsası 50 MP-lik olacaq. Bu smartfonun Mix Flip adını əldə edəcəyi güman edilir. İkinci smartfon isə Mix Fold 4-dür. İnsayder bildirib ki, Xiaomi Mix Fold 4 smartfonu dördlü arxa kamera ilə təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Hər iki smartfonun peyk rabitəsi funksiyasını əldə edəcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ofis işləri üçün Xiaomi Monitor A24i monitoru təqdim edilib
Ofis işləri üçün Xiaomi Monitor A24i monitoru təqdim edilib
Xiaomi şirkəti qlobal bazarda öz yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor Xiaomi Monitor A24i adını əldə edib və ofis işləri üçün nəzərdə tutulub.
Büdcəli Redmi A3-ün real fotosu ortaya çıxıb
Büdcəli Redmi A3-ün real fotosu ortaya çıxıb
Xiaomi-nin Redmi brendi hal-hazırda büdcəli Redmi A3 smartfonunun təqdimatına hazırlaşır.
Büdcəli Redmi A3-ün render fotosu və texniki imkanları ortaya çıxıblar
Büdcəli Redmi A3-ün render fotosu və texniki imkanları ortaya çıxıblar
Hələ keçən ilin sonuna yaxın məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Redmi A3 adlı yeni büdcəli smartfonu üzərində çalışır.
Bu il peyk rabitəsini əldə edəcək Xiaomi smartfonlarının adları açıqlanıb
Bu il peyk rabitəsini əldə edəcək Xiaomi smartfonlarının adları açıqlanıb
Son zamanlarda müxtəlif smartfon istehsalçıları öz cihazlarına peyk rabitəsi funksiyasını əlavə edirlər.
Redmi K70 Ultra-nın vacib texniki imkanları açıqlanıb
Redmi K70 Ultra-nın vacib texniki imkanları açıqlanıb
Xiaomi şirkətinin Redmi brendi keçən il Redmi K70, K70 Pro və K70E smartfonlarını təqdim edəndən bir neçə müddət sonra məlumat ortaya çıxdı ki, şirkət üstəlik Redmi K70 Ultra smartfonunu da hazırlayır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ