Xiaomi MIX Flip-in qlobal versiyası şirkət saytında ortaya çıxıb
Cihazlar+
16.08.2024
Emil Nəcəfov
Xiaomi şirkəti keçən ay Çində təqdim etmiş olduğu qatlana bilən qapaqlı MIX Flip smartfonunu qlobal bazarda satışa çıxartmağa hazırlaşır. Məlum olub ki, sözügedən smartfon Xiaomi-nin rəsmi saytının qlobal versiyasının texniki dəstək xidməti bölməsində artıq ortaya çıxıb. Saytın texniki dəstək xidməti bölməsində qeyd edilmiş məlumata əsasən Xiaomi MIX Flip smartfonu 12/16 GB RAM-ı və 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edəcək.
Bununla yanaşı smartfonun qlobal versiyası 4 gövdə rəngində satışa çıxacaq. Bənövşəyi, qara, ağ və Nylon Fiber Edition. Xiaomi MIX Flip-in qlobal versiyasının nə zaman təqdim olunacağı barəsində məlumat saytda əks olunmayıb. Lakin bir neçə gün bundan öncə ortaya çıxmış məlumata əsasən Xiaomi bu ayın sonunda Xiaomi 14T smartfon seriyasının təqdim ediləcəyi təqdimat tədbiri keçirəcək və MIX Flip-in qlobal versiyası da məhz həmin tədbirdə təqdim ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi 14T və 14T Pro smartfonları artıq bu ay təqdim oluna bilərlər
Xiaomi 14T və 14T Pro smartfonları artıq bu ay təqdim oluna bilərlər
Görünür, Xiaomi şirkəti qlobal bazarda öz yeni cihazlarını təqdim etməyə hazırlaşır.
Xiaomi 15 Pro-nun ilk render fotoları təqdim edilib
Xiaomi 15 Pro-nun ilk render fotoları təqdim edilib
Xiaomi-nin yaxın aylar ərzində təqdim edəcəyi Xiaomi 15 smartfon seriyasına minimum iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro.
Xiaomi Smart Band 9-un qlobal versiyasının çıxış tarixi ilə satış qiyməti məlum olub
Xiaomi Smart Band 9-un qlobal versiyasının çıxış tarixi ilə satış qiyməti məlum olub
Xiaomi keçən ay Çində Smart Band 9 qolbağını təqdim etdi. İndi isə şirkət onu qlobal bazarda satışa çıxartmağa hazırlaşır.
Redmi brendi flaqman imkanlara sahib kompakt ölçülü yeni planşet hazırlayır
Redmi brendi flaqman imkanlara sahib kompakt ölçülü yeni planşet hazırlayır
Dünən Digital Chat Station ləqəbli məşhur insayder xəbər verdi ki, Xiaomi-nin hazırladığı Xiaomi Pad 7 planşetləri artıq bu ay ərzində təqdim oluna bilərlər. Lakin məlum olub ki, öz yeni planşetini həmçinin Xiaomi-nin Redmi brendi də hazırlayır.
HyperOS 2.0 köhnə cihazlarda daha axıcı çalışacaq
HyperOS 2.0 köhnə cihazlarda daha axıcı çalışacaq
Xiaomi şirkəti hal-hazırda HyperOS 2.0 üzərində çalışır və onun yaxın aylar ərzində istifadəyə veriləcəyi gözlənilir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!