main-post-cover

    BYD-nin elektrikli super avtomobili, saatda 375 km sürətə çata bilib! (VİDEO)

    Nəqliyyat
    16.08.2024
    Farid Pardashunas

         BYD-nin yeni elektrik super avtomobili Yangwang U9, 375 km/saat sürətə çataraq texniki göstəricilərindən kənara çıxmağı bacarıb. Bəs bu super idman avtomobilinin xüsusiyyətləri nələrdir?

         BYD-nin premium brendi Yangwang, fevral ayında U9 adlı ilk super idman avtomobilini təqdim etmişdi. 4 elektrik mühərrikinə sahib avtomobil, 1287 at gücü (960 kVt) olan möhtəşəm güc dəyəri ilə 0-dan 100 km/saat sürətə cəmi 2.36 saniyəyə çata bilir. Avtomobilin son sürətinin isə 309 km/saat olduğu bildirilmişdi. Lakin avtomobil, 375 km/saat sürətlə texniki göstəricilərindən kənara çıxa bilib.
    View post on X
         U9, bu yayın əvvəlində Nurburgring-də yarışarkən görüntülənib. Buna görə də avtomobilin trasda rekord sürət cəhdi etməsi ehtimalı ağıllara gəlir. Onu da qeyd edək ki, Nurburgring trekində ən sürətli elektrik avtomobili 7:05-lik dərəcə ilə Rimac Nevera avtomobilidir. Yangwang U9, BYD-nin Disus X tam aktiv bədən idarəetmə sistemi ilə rəqs edib, yellənə bilmək qabiliyyəti ilə diqqətləri çəkə bilmişdi. Uzunluğu 4966 mm, eni 2029 mm və hündürlüyü 1295 mm olan BYD-nin elektrikli super avtomobili, demək olar ki, Lamborghini Aventador ilə eyni ölçülərə malikdir. 80 kWh BYD Blade akkumulyatoru olan avtomobil, CLTC ölçülərinə görə 450 km məsafə qət edir və cəmi 10 dəqiqə ərzində 30%-dən 80%-ə qədər şarj ola bilir.
         Təxminən 233.400$ başlanğıc qiyməti ilə Yangwang U9, Ferrari Buggati kimi rəqiblərinin yarısından az qiyməti ilə seçilir. Yangwang, bir neçə həftə əvvəl U9 modelinin istehsalına başladığını açıqlamışdı. Çatdırılmalara isə bu aydan başlanması planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb!
    elektrikli-avtomobil-satislari-ehemiyyetli-derecede-artib
    Araşdırmalara görə, elektrikli avtomobil batareyaları 15 il əvvəlkindən 90% daha ucuzdur!
    arasdirmalara-gore-elektrikli-avtomobil-batareyalari-15-il-evvelkinden-90-daha-ucuzdur
    Yeni növ batareya ilə elektrikli avtomobillər 10 dəqiqədə şarj oluna biləcək!
    yeni-nov-batareya-ile-elektrikli-avtomobiller-10-deqiqede-sarj-oluna-bilecek
    Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
    elektrikle-isleyen-avtomobiller-ilk-defe-olaraq-elektrik-sebekesini-kesinti-zamani-enerji-ile-temin-edibler
    Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!
    elektikli-avtomobil-istifadecileri-benzinle-isleyen-avtomobillere-geri-qayitmaga-hazirlasir