BYD Shark adlı hibrid pikap təqdim edilib - QİYMƏTİ
Nəqliyyat
15.05.2024
Emil Nəcəfov
Çinin avtomobil istehsalçısı olan BYD Cənubi Amerikada Shark adlı hibrid pikapını təqdim edib. BYD-nın bu hibrid pikapı xarici görünüşcə Ford F-150 Lightning avtomobilini xatırladır. BYD Shark-ın uzunluğu 5457 mm, eni 1971 mm, hündürlüyü isə 1925 mm təşkil edir. Onun təkər bazasının uzunluğu 3260 mm-dir. Avtomobilin yük daşıma hissəsinin həcmi 1450 litr təşkil edir və o, 835 kq-a kimi yükü qaldıra bilir. Avtomobilin 1.5 litr həcmli mühərriki əsasında olan hibrid qurğusu 430 at gücündədir.
O, saatda 100 km sürəti 5.7 saniyəyə yığır. Məlumatda qeyd edilib ki, BYD Shark 100 km yola 7.5 litr benzin sərf edir. Onun ramasına inteqrasiya edilmiş batareyanın həcmi barəsində məlumat verilməsə də, qeyd edilib ki, elektrik enerjisi sayəsində avtomobil 100 km yol qətt edə bilər. Üstəlik batareya öz enerjisini 30%-dən 80%-ə kimi 20 dəqiqə ərzində yığır. Bununla yanaşı avtomobilin batareyası sayəsində kənar istehlakçı təchizatlarını da şarj etmək olar.
Bu hibrid pikapın salonunda iki ədəd ekran yerləşir. Onlardan biri sükanın arxa hissəsindədir və o, məlumat paneli qismində çıxış edir. İkinci ekran isə salonun ön hissəsində ortada yerləşir və o, multimedia paneli qismində çıxış edir. Məlumat paneli qismində çıxış edən ekranın ölçüsü 10.25 düym, multimedia paneli qismində çıxış edən ekranın ölçüsü isə 12.8 düym təşkil edir. BYD Shark-ın multimedia sistemi üstəlik Apple CarPlay və Android Auto dəstəyinə sahibdir. BYD-nın bu hibrid pikapı 53400$ qiymətində satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Model Y-ın rəqibi: BYD Sea Lion 07 elektrikli krossoveri təqdim edilib - QİYMƏTİ
Tesla Model Y-ın rəqibi: BYD Sea Lion 07 elektrikli krossoveri təqdim edilib - QİYMƏTİ
Çinin avtomobil istehsalçısı olan BYD şirkəti Tesla Model Y-ın rəqibi olacaq yeni elektrikli krossoverini təqdim edib.
BYD şirkəti öz yeni konseptual elektromobilini sərgiləyib (VİDEO)
BYD şirkəti öz yeni konseptual elektromobilini sərgiləyib (VİDEO)
Çinin BYD şirkəti büdcəli elektromobillər ilə yanaşı zaman-zaman eksklüziv elektromobillər də təqdim edir.
BYD-nın yeni batareyaları sayəsində elektromobillər daha çox yol qətt edə biləcəklər
BYD-nın yeni batareyaları sayəsində elektromobillər daha çox yol qətt edə biləcəklər
Çinin elektromobil istehsalçısı olan BYD şirkətinin batareyaları Tesla, Ford, Kia, Hyundai, Toyota və digər məşhur avtomobil şirkətlərinin elektromobillərində istifadə edilir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!