Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
Nəqliyyat
10.10.2024
Emil Nəcəfov
Yaponiyanın Çubu adlı mərkəzi regionunda Çin istehsalı avtomobillərin qeyri-adi sərgisi fəaliyyətə başlayıb. Keçirilən sərginin qeyri-adi tərəfi isə ondadır ki, sərgidəki Çin istehsalı avtomobillər hər bir vintə kimi hissələrə ayrılmış şəkildə təqdim olunub. Bu sərgi Yaponiyanın ehtiyat hissələrinin istehsalçıları üçün təşkil edilib və onlar Çin istehsalı avtomobillərdə çox az sayda detalın olmasından heyrətləniblər. Bu isə Çin istehsalı avtomobillərin nəyə görə belə ucuz qiymətə satıldıqlarının göstəricilərindən biridir. Lakin bu mövzuda digər nüanslar da ortaya çıxıb. Sərgi Sanyo Trading adlı şirkət tərəfindən təşkil edilib.
Sözügedən şirkət ABŞ-ın Caresoft adlı analitik şirkəti üçün adi və elektrikli avtomobillərin komplektasiyaları barəsində məlumatların yığılması ilə məşğuldur. Yığılmış bütün məlumatlar Caresoft şirkətinə təqdim edildikdən sonra Sanyo Trading açıq sərginin təşkilinə qərar verib. Əsas məqsəd Yaponiyanın avtomobil və ehtiyat hissələri istehsalçılarına Çindən olan rəqiblərin necə çalışdıqlarını sərgiləmək olub. Məlumatda qeyd edilib ki, sərgidəki ekskursiyada Yaponiyanın 70-ə yaxın ehtiyat hissələri istehsalçısı iştirak edib. Sərgidə ən diqqət çəkən nəqliyyat növlərindən biri isə BYD ATTO 3 elektromobili olub.
Sözügedən elektromobil Çində 2022-ci ildə satışa çıxıb və onun start qiyməti hal-hazırki məzənnəyə əsasən 20 000$ təşkil edib. 2023-cü ilin mart ayına olmuş statistikaya əsasən bütün dünyada bu elektromobildən 300 000 ədəd satılıb. Hissələrə ayrılmış şəkildə BYD ATTO 3 elektromobili yapon mütəxəssislərini öz detallarının necə yığılması ilə heyrətləndirib. Məsələn elektromobilin e-axle adlı elektrik dövrəsi 8 hissədən təşkil edilib. Bura həmçinin mühərrik, invertor, reduktor, şarj cihazı və dəyişən cərəyanı sabit cərəyana çevirən təchizat da daxildir.
Elektromobilin bu cür yığılması xərclərin və elektromobilin yükünün aşağı salınmasına imkan verib. Lakin bu, BYD şirkətinin uğurunun yalnız bir faktorudur. Belə ki, şirkət eyni detalları bir neçə elektromobil modelində istifadə edir və istehsal miqyasının genişləndirilməsi hesabına mənfəət qazanır. Bu 3 faktor yapon mütəxəssisləri üçün əsl sürpriz olub. Lakin onların bu cür nailiyyəti təkrarlaya bilib-bilməyəcəkləri böyük sualdır. “Çindən olan istehsalçılar əsas prioriteti xərclərin azaldılmasına ayırırlar. Onlar Yaponiyadan olan istehsalçılardan fərqli olaraq keyfiyyətə daha fərqli yanaşırlar” - deyə Sanyo Trading şirkətinin nümayəndəsi qeyd edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin, 6G terahertz bağlantısı ilə daha bir ilkə imza atıb!
Çin, 6G terahertz bağlantısı ilə daha bir ilkə imza atıb!
Çinli tədqiqatçılar dünyada bir ilkə imza ataraq terahertz simsiz rabitə texnologiyası vasitəsilə yüksək dəqiqlikli video siqnallarını 1.2 kilometr məsafəyə uğurla ötürə biliblər.
LG şirkəti, elektrikli avtomobillərin batareyalarındakı yanma problemini həll edən bir material hazırlayıb!
LG şirkəti, elektrikli avtomobillərin batareyalarındakı yanma problemini həll edən bir material hazırlayıb!
LG Chem, batareyalardakı istilik sızmasının qarşısını ala bilən yeni bir material hazırladığını elan edib. Batareyalardakı istilik sızmasının qarşısını almaq təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir
Dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyası təqdim edilib!
Dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyası təqdim edilib!
Çin avtomobil sənayesi dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyasını təqdim edib. CATL və SAIC-GM-in birgə əməkdaşlığı ilə hazırlanmış bu batareya, 6C-lik effektiv şarj olma sürəti təklif edir.
Norveçdə elektromobillərin sayı benzinlə çalışan ənənəvi avtomobillərin sayını ötüb
Norveçdə elektromobillərin sayı benzinlə çalışan ənənəvi avtomobillərin sayını ötüb
Məlumatda qeyd edilib ki, Norveç artıq 2025-ci ildə benzinlə çalışan avtomobillərin satışlarından tamamilə imtina etməyi planlaşdırır.
Məşhur avtomobil istehsalçıları elektromobillərə tam keçidi təxirə salırlar
Məşhur avtomobil istehsalçıları elektromobillərə tam keçidi təxirə salırlar
Çin dünyanın ən böyük avtomobil bazarıdır və hətta bu bazarda da cari ildə elektromobillərdən daha çox hibrid avtomobillərin satışlarında yüksəlmə dinamikası müşahidə edilir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ