main-post-cover

    Hyundai uçan taksi nəqliyyatının yeni versiyasını sərgiləyib

    Nəqliyyat
    15.01.2024
    Emil Nəcəfov
         Hyundai şirkəti CES 2024 sərgisində Supernal S-A2 adlı elektrikli hava taksi nəqliyyatının yeni versiyasını təqdim edib. Bu hava taksisinə pilotdan əlavə 4 nəfər sərnişin yerləşə bilər. Supernal S-A2 8 ədəd pərə və V hərfi formasında quyruğu sahibdir. O, 457 metr hündürlükdə saatda 193 km sürətlə hərəkət edə bilir. Onun qətt etdiyi yol isə 32 km-dən 72 km-ə kimi təşkil edir. 8 ədəd pər öz növbəsində Supernal S-A2-yə şaquli qalxış və enişi təmin edir.
         Şaquli uçuş manevrləri zamanı bu nəqliyyatın əks etdirdiyi səs gücü 65 dB (desibel), üfüqi uçuş zamanı isə 45 dB təşkil edir. Buna görə də Supernal S-A2 rahatlıqla şəhər infrastrukturuna inteqrasiya edilə bilər. Onun daxilində pilotdan əlavə olaraq 4 sərnişin yerləşə bilər. Arxa oturacaqların çıxarılması halında isə əlavə yükün daşınması da mümkündür. Hyundai bu uçuş nəqliyyat növünün kommersiya məqsədli versiyasını 2028-ci ildə istifadəyə verməyə planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər