main-post-cover

    Mazda EZ-6 elektromobili təqdim edilib

    Nəqliyyat
    30.04.2024
    Farid Pardashunas
         Yaponiyanın avtomobil istehsalçısı olan Mazda özünün Mazda EZ-6 adlı elektromobilini təqdim edib. Sözügedən elektromobil Mazda 6-nın davamçısıdır. Mazda EZ-6 elektromobili Mazda və Changan-ın birgə əməkdaşlığı çərçivəsində hazırlanıb və o özündə Sony-nin güclü akustika sistemini birləşdirir. Məlumata əsasən Mazda sözügedən elektromobilin raması və dizaynı ilə, Changan şirkəti isə yerdə qalan digər bütün özəllikləri ilə məşğul olub. Elektromobilin gövdəsi böyük ölçülü ön bamperə və uzunsov faralara sahibdir. Onun uzunluğu 4921 mm, eni 1890 mm, hündürlüyü isə 1485 mm təşkil edir. Bu elektromobil yalnız bir versiyada təqdim olunub və o da yalnız arxa təkər çəkiminə sahibdir.
         Elektromobilin güc qurğusunun nə qədər at gücünə sahib olduğu qeyd edilməyib. Lakin qeyd edilib ki, Mazda EZ-6 bir dəfə şarj olunandan sonra 600 km yol qətt edə bilir. Elektromobilin salonunda 14.6 düym ölçülü sensorlu ekran quraşdırılıb. Onun sistemlərindən isə Snapdragon 8155 prosessoru cavabdehdir. Mazda şirkəti üstəlik Mazda EZ-6-nın hibrid versiyasını da anons edib. Lakin onun göstəriciləri barəsində heç bir məlumat verilməyib. Sadəcə olaraq məlumdur ki, hibrid versiya 1000 km yol qətt etmə imkanına sahib olacaq. Elektromobil ilə hibrid versiyanın bu ilin ikinci yarısında satışa çıxacaqları gözlənilir. Onların satış qiymətləri də məhz həmin vaxt bilinəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər