Tesla Cybertruck, Çeçenistan prezidenti tərəfindən üzərinə silah yerləşdirildiyinə görə, uzaqdan söndürülüb!
Nəqliyyat
23.09.2024
Farid Pardashunas
Çeçenistan Prezidenti Ramzan Kadirov-un hədiyyə gəldiyini iddia etdiyi və avtomatik tüfəklə təchiz etdiyi Tesla Cybertruck, uzaqdan giriş vasitəsilə istifaəsi dayandırılıb.
Ötən ay Çeçenistan Prezidenti Ramzan Kadirov, Elon Musk-ın ona bir Tesla Cybertruck hədiyyə etdiyini iddia etmiş və avtomobili pulemyotla təchiz edərək çəkdirdiyi fotolarla gündəmə gəlmişdi. Elon Musk isə daha sonra bunun yalan olduğunu və belə bir hədiyyənin verilmədiyini açıqlamışdı. Bu həftə isə Kadirov-un avtomobilinin uzaqdan deaktiv edildiyi məlum olub. Kadirov, Telegram hesabında Musk-ın bunu ona hədiyyə verdiyini, lakin sonradan uzaqdan bağladığını bildirib.
Tesla-nın qanun pozan avtomobilləri uzaqdan deaktiv etmək hüququna sahib olduğu məlumdur. Ramzan Kadirov-un da Tesla Cybertruck-ı qanunsuz yolla əldə etdiyi və sosial medianı yanıltdığı ehtimal olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
ABŞ-da bir Tesla, qəzadan sonra bomba kimi partlayıb. Avtomobildə olan sərnişinlər isə dünyalarını dəyişiblər.
Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb
Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb
Elon Musk-ın vermiş olduğu məlumata əsasən onun Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb.
Elon Musk, Neuralink beyin çiplərini milyonlarla insana implantasiya etməyi hədəfləyir!
Elon Musk, Neuralink beyin çiplərini milyonlarla insana implantasiya etməyi hədəfləyir!
Elon Musk, Neuralink layihəsi üçün yeni hədəfini açıqlayıb. O, qarşıdakı 10 il ərzində insanların beyninə milyonlarla Neuralink çipini yerləşdirməyə ümid etdiyini söyləyib.
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
2016-cı ildə şirkətin CEO-su Elon Musk, hindistanlı müştərilərinə Tesla Model 3-ü əvvəlcədən sifariş etməyə təşviq etmişdi. Lakin aradan 8 il keçməsinə baxmayaraq, məlum olub ki, bu sifarişlər hələ də çatdırılmayıb.
Elektromobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, insanları neft və qaz sənayesini pisləməməyə çağırıb!
Elektromobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, insanları neft və qaz sənayesini pisləməməyə çağırıb!
Donald Trump və Elon Musk, X-də canlı söhbət ediblər. Söhbət zamanı Trump və Musk, həmçinin mineral yanacaqlar, elektrikli nəqliyyat vasitələri və iqlim dəyişikliyi ilə bağlı fikirlərini də bildiriblər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!