Tesla öz elektromobilləri üçün naqilsiz şarj texnologiyasını hazırlayır (VİDEO)
Nəqliyyat
20.12.2023
Emil Nəcəfov
Mobil cihazlar sahəsində naqilsiz şarj texnologiyası artıq adi texnologiya kimi qəbul edilir. Elektromobillər sahəsində isə sözügedən texnologiya hələ geniş şəkildə istifadə edilmir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Tesla şirkətinin təmsilçilərindən biri şirkətin öz elektromobilləri üçün bu cür texnologiya üzərində çalışdığına işarə edib. Jay Leno's Garage adlı Youtube kanalına müsahibə verən zaman Tesla-nın baş dizayneri Franz von Holzhausen təsdiqləyib ki, Tesla həqiqətən də elektromobillər üçün naqilsiz şarj texnologiyası üzərində çalışır.
Dizaynerin sözlərinə əsasən Tesla-nın hazırladığı sözügedən texnologiyanın çalışma prinsipi smartfonlarda istifadə edilən naqilsiz şarj texnologiyasının çalışma prinsipindən demək olar fərqlənməyəcək. Maqnit sahəsi qəbuledici çarxda dəyişən cərəyan yaradacaq və daha sonra həmin cərəyan çarxdan elektromobil batareyasına ötürüləcək. Dizayner bildirib ki, bu halda elektromobilə heç bir naqil qoşmağa ehtiyac qalmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Optimus robotunun yeni versiyasını sərgiləyib (VİDEO)
Tesla Optimus robotunun yeni versiyasını sərgiləyib (VİDEO)
Hələ sentyabr ayında Tesla şirkəti özünün Optimus adlı robotunda reallaşdırılmış yenilikləri sərgiləmişdi.
Tesla 25 000$ qiymətində elektromobil istehsal etməyə çox yaxındır
Tesla 25 000$ qiymətində elektromobil istehsal etməyə çox yaxındır
Çinin kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Tesla şirkəti Şanxaydakı Gigafactory zavodunun 3-cü hissəsinin inşasını bərpa etməyə hazırlaşır.
Tesla Cybertruck-ın interyerinin fotoları ortaya çıxıb
Tesla Cybertruck-ın interyerinin fotoları ortaya çıxıb
Artıq bu həftə Tesla Cybertruck elektromobili ilk alıcılara çatıdırılmalıdır.
Birinci nəsil Tesla Roadster-in texniki dokumentasiyası açıq mənbə şəklində paylaşılıb
Birinci nəsil Tesla Roadster-in texniki dokumentasiyası açıq mənbə şəklində paylaşılıb
Tesla şirkəti birinci nəsil Tesla Roadster elektromobilinin bütün texniki dokumentasiyasını açıq mənbə şəklində paylaşıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!