main-post-cover

    Xiaomi SU7 Ultra idman elektromobili təqdim edilib

    Nəqliyyat
    19.07.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti Çində özünün SU7 elektromobilinin idman versiyasını təqdim edib. Sözügedən elektromobilin idman versiyası Xiaomi SU7 Ultra adını əldə edib. Şirkətin sözlərinə əsasən bu, dünyanın ən sürətli dörd qapılı elektromobilidir. Şirkət bildirib ki, SU7 Ultra üçün xüsusi kuzov hazırlanıb və elektromobilin çəkisinin aşağı salınması üçün karbon liflərindən hazırlanmış komponentlərdən istifadə edilib. Sözügedən elektromobil özündə 3 ədəd elektrikli mühərriki birləşdirir. Belə ki, Xiaomi SU7 Ultra hər biri 578 at gücündə olan iki ədəd V8s mühərrikini və 299 at gücündə olan V6 mühərrikini əldə edib. Məlumatda qeyd edilib ki, Xiaomi SU7 Ultra saatda 100 km sürəti 1.97 saniyəyə, saatda 200 km sürəti 5.96 saniyəyə, saatda 300 km sürəti isə 15.07 saniyəyə yığır. Elektromobilin maksimal sürəti isə saatda 350 km-i keçir. Onun tormozlama yolu saatda 100 km sürətdən 25 metr təşkil edir. Xiaomi SU7 Ultra-nın satışa çıxıb-çıxmayacağı barəsində bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Smart band 9 qolbağı təqdim edilib - QİYMƏTİ
    xiaomi-smart-band-9-qolbagi-teqdim-edilib-qiymeti
    Redmi K70 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-k70-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip təqdim edilib - QİYMƏTİ
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-teqdim-edilib-qiymeti
    Qatlana bilən Xiaomi MIX Fold 4 təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-xiaomi-mix-fold-4-teqdim-olunub-qiymeti
    Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
    bu-gun-xiaomi-su7-nin-idman-versiyasi-teqdim-olunacaq