main-post-cover

    Yenilənmiş Tesla Model Y təqdim edilib - QİYMƏTİ

    Nəqliyyat
    10.01.2025
    Emil Nəcəfov
         Tesla şirkəti özünün Model Y elektromobilinin yenilənmiş versiyasını təqdim edib. Model Y-ın yenilənmiş versiyası Çin bazarı və Asiya-Sakit okeanı regionu üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, birinci nəsil Model Y 2020-ci ildə satışa çıxmışdı. Yenilənmiş versiya dizayn və texniki imkanlar baxımından bəzi yenilikləri əldə edib. Yenilənmiş Model Y-ın əldə etmiş olduğu yeniliklər Tesla-nın digər elektromobillərindən götürülüb. Məsələn yenilənmiş Model Y-ın gövdəsinin ön hissəsi daha az qabarıqdır və onun faraları bütöv bamper üzrə nazik çıxıntı formasına sahibdirlər.
         Bu, bir növ Cybertruck-ın ön hissəsinin dizaynını xatırladır. Bununla yanaşı şirkət ənənəvi arxa faraları mono fara ilə əvəzləyib. Yenilənmiş Model Y-ın salonunda Model 3-dəki kimi zolaq formalı işıqlandırma mövcuddur və onun rəngini dəyişmək mümkündür. Arxa oturacaqlar hissəsinə isə əlavə sensorlu ekran quraşdırılıb. Salonun ön hissəsində dizayn Tesla-ya xas olan dizayndır. Yenilənmiş asma hesabına bu Model Y-da səyahət daha axıcı olub.
         Bununla yanaşı birinci nəsil Model Y ilə müqayisədə yenilənmiş Model Y daha yüngüldür. Onun ən ucuz versiyası bir dəfə şarj olunandan sonra 593 km yol qətt edə bilir. Model Y Long-Range AWD adlı versiyada isə bu göstərici 719 km təşkil edir. Bu iki modelin artıq mart ayında satışa çıxacağı gözlənilir. Adi versiya 35 900$-a, Model Y Long-Range AWD adlı versiya isə 41 400$-a satılacaq. Yenilənmiş Model Y-ın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2024-cü ildə dünyanın ən böyük elektromobil istehsalçısı BYD olub
    2024-cu-ilde-dunyanin-en-boyuk-elektromobil-istehsalcisi-byd-olub
    Elon Musk sərvəti 400 milyard dolları keçən ilk insan kimi adını tarixə yazdırıb!
    elon-musk-serveti-400-milyard-dollari-kecen-ilk-insan-kimi-adini-tarixe-yazdirib
    Sürücüsüz Tesla Cybercab-ın Model 3-ün sadəcə yarısı qədər parçaya sahib olduğu ortaya çıxıb!
    surucusuz-tesla-cybercab-in-model-3-un-sadece-yarisi-qeder-parcaya-sahib-oldugu-ortaya-cixib
    Tesla-nın Model Q adlı yeni elektromobili barəsində məlumatlar ortaya çıxıb
    tesla-nin-model-q-adli-yeni-elektromobili-baresinde-melumatlar-ortaya-cixib
    Tesla Cybercab-ın salonu sərgilənib (VİDEO)
    tesla-cybercab-in-salonu-sergilenib-video