main-post-cover

    Avropa Birliyi Apple-dan iOS və iPadOS-in açıq əməliyyat sistemi olmalarını tələb edir

    Proqram Təminatı
    19.09.2024
    Emil Nəcəfov
         Avropa Birliyi öz səyləri sayəsində Apple şirkətini iOS platformasını kənar tətbiq mağazaları üçün açıq etməyə artıq məcbur edib. Lakin gələcəkdə iOS istifadəçiləri daha çox azadlığa sahib ola bilərlər. Belə ki, Bloomberg saytının vermiş olduğu məlumata əsasən Avropa Birliyi, Apple şirkətinə xəbərdarlıq edib ki, o özünün iOS və iPadOS sistemlərini rəqəmsal bazarlar üzrə qanuna uyğun olaraq rəqib texnologiyalar üçün açmalıdır.
         Əks halda şirkət cərimələnəcək. Onun bu tələbi yerinə yetirməsinə 6 ay vaxt verilib. Yəni Avropa Birliyi faktiki olaraq iOS və iPadOS-in tamamilə açıq əməliyyat sisteminə çevrilməsini tələb edir. Avropa Birliyinin tələbinə əsasən Apple kənar tərtibatçılar üçün iPhone-nun vacib funksiyalarını açıq etməlidir. Avropa Birliyinin əsas məqsədlərindən biri Android-də olduğu kimi iOS-in müxtəlif cihazlara quraşdırılması imkanı ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro-nun ilk qutu açılışı videosu ortaya çıxıb! (VİDEO)
    iphone-16-pro-nun-ilk-qutu-acilisi-videosu-ortaya-cixib-video
    Apple Watch SE 3 barəsində ilk məlumatlar verilib
    apple-watch-se-3-baresinde-ilk-melumatlar-verilib
    iOS 18-in stabil versiyası hamı üçün istifadəyə verilib
    ios-18-in-stabil-versiyasi-hami-ucun-istifadeye-verilib
    iPhone 16 Pro modelləri keçən ilki iPhone 15 Pro-lardan daha pis satılır
    iphone-16-pro-modelleri-kecen-ilki-iphone-15-pro-lardan-daha-pis-satilir
    Apple yaxın həftələr ərzində növbəti təqdimat tədbirini keçirtməlidir
    apple-yaxin-hefteler-erzinde-novbeti-teqdimat-tedbirini-kecirtmelidir