ChatGPT-nin Windows versiyası çat-botun pulsuz istifadəçiləri üçün də aktiv olub
Proqram Təminatı
15.11.2024
Emil Nəcəfov
OpenAI şirkəti keçən ay ChatGPT tətbiqinin Windows üçün nəzərdə tutulmuş versiyasını istifadəyə verdi. Lakin ondan ödənişli ChatGPT Plus, Enterprise, Team və Edu tariflərinin abunəçiləri istifadə edə bilərdilər. İndi isə şirkət rəsmi şəkildə bildirib ki, ChatGPT tətbiqinin Windows versiyası çat-botun pulsuz variantının istifadəçiləri üçün də aktivdir. Beləliklə tətbiqdən ayrı-ayrı istifadəçilər deyil, hamı istifadə edə bilər. Windows istifadəçiləri tətbiqi Microsoft Store-dan yükləyə bilərlər. Çat-botun veb versiyasında mövcud olan funksiyalar tətbiqdə də dəstəklənir. Bura həmçinin mətn formatında təsvirlər əsasında fotoların tərtibatı funksiyası da daxildir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-də internet üzərindən məlumatların axtarılması funksiyası istifadəyə verilib
ChatGPT-də internet üzərindən məlumatların axtarılması funksiyası istifadəyə verilib
OpenAI şirkəti ChatGPT daxilində veb axtarış funksiyasını istifadəyə verib. Bu funksiya vasitəsilə istifadəçilər internetdəki məlumatları çat-bot üzərindən axtara biləcəklər.
ChatGPT-yə axtarış düyməsi əlavə edilib!
ChatGPT-yə axtarış düyməsi əlavə edilib!
Süni intellekt həyatımızın daha çox sahəsinə daxil olduqca istifadəçi təcrübəsini artırmaq üçün yeni funksiyalar əlavə edilir. Bu kontekstdə artıq ChatGPT istifadəçiləri keçmiş söhbətləri açar sözlərlə axtara biləcəklər.
Apple-dan şok etiraf: “Rəqiblərimizdən 2 il geridəyik!”.
Apple-dan şok etiraf: “Rəqiblərimizdən 2 il geridəyik!”.
Son 5 ildə texnologiya nəhəngləri süni intellektdə irəliləyərkən, Apple-ın Apple Intelligence addımını gec atdığı söylənilirdi. Görünən odur ki, Apple və əməkdaşları da bu fikirdən uzaq deyillər.
ChatGPT tətbiqinin Windows versiyası istifadəyə verilib
ChatGPT tətbiqinin Windows versiyası istifadəyə verilib
Windows kompüterlərinin istifadəçiləri indiyənə kimi ChatGPT-nin funksiyalarından çat-botun yalnız veb versiyası çərçivəsində istifadə edə bilirdilər. Lakin OpenAI şirkəti sonunda ChatGPT tətbiqinin Windows versiyasını istifadəyə verib.
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
Texnologiya dünyasının simvolik fiquru olan OpenAI-nın söhbət robotu ChatGPT-də istifadə etdiyi süni intellekt modeli GPT-4 üçün bütün məhdudiyyətləri aradan qaldıran yeni bir "prompt" kəşf edilib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!