Chrome brauzerinin Android versiyası videolardakı kadrları yaddaşda saxlama funksiyasını əldə edəcək
Proqram Təminatı
27.02.2024
Emil Nəcəfov
Google Chrome brauzerinin desktop versiyası bu və ya digər videodakı hər hansısa kadrı cihazın yaddaşında saxlamaq imkanını verir. Bunun üçün sadəcə olaraq videonu dayandırmaq, lazımi kadr üzərində mouse-un sağ düyməsini klikləmək və müvafiq bəndi seçmək lazımdır. İndi isə görünür, Google Chrome brauzerinin desktop versiyasında olan bu funksiyanı brauzerin Android versiyasında da istifadəyə verməyə hazırlaşır.
Chromium tərtibatçılarının saytında ortaya çıxmış məlumata əsasən şirkət Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasının hər hansısa videodakı kadrı kopyalamaq və ya cihazın yaddaşında saxlamaq imkanını verən funksiya üzərində çalışır. Əgər Google öz brauzerinin Android versiyasına bu funksiyanı inteqrasiya etsə, deməli hər hansısa videonun üzərinə klikləyib saxlamaqla kadrın kopyalanması və ya cihaz yaddaşında saxlanması bəndlərinin ortaya çıxmasına nail olmaq mümkün olacaq. Sözügedən funksiyanın yaxın aylar ərzində istifadəyə veriləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gmail-i bağlayır?
Google Gmail-i bağlayır?
ABŞ-ın texnologiya nəhəngi Google, 2023-cü ilin sentyabrında dünyanın ən məşhur e-poçt xidmətlərindən biri olan Gmail ilə bağlı qərar qəbul etdi. Bu qərara əsasən Gmail-in HTML versiyası 2024-cü ildən etibarən dayandırılacaq. Google bu qərarı bəzi istifadəçilərə göndərdiyi e-poçtda elan edib.
Google Gemma adlı kompakt süni zəka modelini anons edib
Google Gemma adlı kompakt süni zəka modelini anons edib
Google şirkəti açıq mənbəli koda sahib kompakt süni zəka modelləri sinifini anons edib.
Məşhur insayder Google Pixel Fold 2-nin yeni keyfiyyətli render fotolarını təqdim edib
Məşhur insayder Google Pixel Fold 2-nin yeni keyfiyyətli render fotolarını təqdim edib
OnLeaks ləqəbli məşhur insayder Smartprix saytı ilə birlikdə qatlana bilən Google Pixel Fold 2 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib.
Google Gemini 1.5 reallığa bənzəyən videonun neyron şəbəkəsi tərəfindən tərtib olunduğunu təyin edə bilib
Google Gemini 1.5 reallığa bənzəyən videonun neyron şəbəkəsi tərəfindən tərtib olunduğunu təyin edə bilib
Google şirkəti özünün Gemini 1.5 adlı süni zəka modelinin yeni faydalı funksiyası barəsində məlumat verib.
Android 15-də istifadəçi hesablarının oğurlanmasından qorunma funksiyası olacaq
Android 15-də istifadəçi hesablarının oğurlanmasından qorunma funksiyası olacaq
İnsayderlər Android-in test versiyasında yeni təhlükəsizlik funksiyasını aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!