Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Proqram Təminatı
28.10.2024
Emil Nəcəfov
Google və Samsung Android smartfon istehsalçıları arasında 7 il müddətinə əməliyyat sistemi yenilənməsini təklif edən ilk şirkətlər oldular. Google şirkəti Qualcomm kimi prosessor istehsalçılarına öz məhsullarında Android-in 7 illik dəstəklənməsi imkanını verən Longevity GRF adlı proqramı təqdim edib. Bu proqram sayəsində digər smartfon istehsalçıları da Google və Samsung kimi öz cihazlarında 7 illik Android dəstəyini reallaşdıra biləcəklər. 2020-ci ildə işə salınmış GRF (Google Requirements Freeze) proqramı cihazlarda Android-in 3 il ərzində dəstəklənməsi imkanını verirdi. Bu, smartfon istehsalçılarının proqram təminatlarına olan tələblərin dondurulması hesabına mümkün idi.
Bu öz növbəsində əməliyyat sisteminin yenilənməsi prosesini sadələşdirirdi. İşə salınmış Longevity GRF proqramı isə cihazlarda Android dəstəyini 7 ilə kimi uzadır. Bu isə o deməkdir ki, sözügedən proqramı dəstəkləyən prosessorlara sahib smartfonlar 7 Android versiyasını əldə edə biləcəklər. Lakin bununla belə smartfon istehsalçıları Google şirkətinin təhlükəsizlik ilə bağlı tələblərinə uyğun gəlmək üçün hər 3 ildən bir Linux nüvəsini yeniləməli olacaqlar. Longevity GRF proqramını dəstəkləyən ilk prosessor Snapdragon 8 Elite oldu. Qeyd etmək lazımdır ki, bu proqram daha çox smartfon istehsalçısının öz cihazlarında daha uzun müddətli Android dəstəyinin təmin edə bilməsinə istiqamətlənib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung ölçüsünü dəyişdirə bilən yeni smart üzüyünü patentləşdirib
Samsung ölçüsünü dəyişdirə bilən yeni smart üzüyünü patentləşdirib
Bir neçə müddət bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ölçüsünü dəyişdirə bilən smart üzüyü patentləşdirib. İndi isə məlum olub ki, bu cür smart üzüyü həmçinin Samsung şirkəti də patentləşdirib.
Google şirkəti Play Protect vasitəsilə Android-in təhlükəsizliyini gücləndirməyə hazırlaşır
Google şirkəti Play Protect vasitəsilə Android-in təhlükəsizliyini gücləndirməyə hazırlaşır
Google şirkəti Android-in təhlükəsizlik sisteminə yeni funksiyanın əlavə edilməsi üzərində çalışır.
Samsung gələn il Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarını iki versiyada təqdim edəcək
Samsung gələn il Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarını iki versiyada təqdim edəcək
Samsung yay fəslində qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarını, bir neçə müddət bundan öncə isə Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyası Galaxy Z Fold Special Edition smartfonunu təqdim etdi.
Galaxy S26 smartfonlarının hamısında Qualcomm prosessoru istifadə ediləcək
Galaxy S26 smartfonlarının hamısında Qualcomm prosessoru istifadə ediləcək
Ice Universe ləqəbli məşhur insayder dünən məlumat verdi ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 smartfonlarının hamısında Snapdragon 8 Elite prosessorundan istifadə edəcək.
Google Pixel 10-da istifadə ediləcək Tensor G5 prosessorunun bəzi texniki imkanları açıqlanıb
Google Pixel 10-da istifadə ediləcək Tensor G5 prosessorunun bəzi texniki imkanları açıqlanıb
Android Authority saytı gələn il təqdim olunacaq Google Pixel 10 smartfonlarında istifadə ediləcək Tensor G5 prosessorunun əsas özəllikləri barəsində məlumat verib.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!